Bayraq meydanında avtoşluq edən xanım sürücü cəzalandırıldı
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda avtoxuliqanlıq edən xanım sürücü saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə gecə saat 01.15-də Bakı şəhəri, Səbail rayonu Dövlət Bayrağı meydanı ərazisində baş verib.
2005-ci il tarixdə Rusiya Federasiyasında anadan olan Azərbaycan Respublikasının vətəndaşı İbayeva Ellada Elnurovna həmin ərazidə idarə etdiyi "KİA Rio" minik markalı, "OA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə digər şəxslərin gözü qarşısında təkərlərin yolun səthi ilə sürtülməsi nəticəsində səslərin çıxarılmasına səbəb olan hərəkətlər edib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. Ellada İbayeva etidiyi əməlin qanunsuz olduğunu bilmədiyini və peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə İnzibati xəta törətmiş Ellada İbayeva nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə edilib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 22 İyun 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















