Icma.az
close
up
RU
Bayraqların yandırılması İrəvanın sülhdən çox uzaq olduğunu göstərdi RƏY

Bayraqların yandırılması İrəvanın sülhdən çox uzaq olduğunu göstərdi RƏY

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Cənubi Qafqaz regionunda hər an müharibə təhlükəsi və bu istiqamətdə təhdidlər yarana bilər


"Aİ missiyası bölgəyə gələndən sonra hərbi fəaliyyətlərin sayı 3,5 dəfə artıb”. Bunu Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.

O bildirib ki, Aİ missiyasının personalının həmsərhəd ərazilərə tez-tez səfər etməsi və Fransa kimi ölkələrin verdiyi hərbi dəstək nəzərə alınsa, görülən işlər avropalı hərbi ekspertlərin nəzarəti altında NATO standartlarına uyğun həyata keçirilib: “Peyk görüntülərinin analizi zamanı məlum olur ki, Ermənistan Qərbin dəstəyi ilə həm də İran istiqamətində hərbi fəaliyyətlər həyata keçirir”.


Politoloq Sahil Kərimli "Sherg.az"a deyib ki, Ermənistanda son zamanlar baş verən hadisələr, revanşist qüvvələrin daha da radikallaşması və separatizm meyillərinin baş verməsi narahatlıq doğurur: 



"Təəssüfləndirici məqamdır ki, Ermənistan hakimiyyəti bu cür qüvvələrlə çox ciddi mübarizə aparmır, o cümlədən onlara qarşı qanunla sərt tədbirlər görmür. Nəticədə bu gün Ermənistanda mənfi tendensiyalar baş verir. Hətta Azərbaycan və Türkiyə bayraqlarının yürüş zamanı yandırılması faktı da təəssüf doğurur. Bununla paralel olaraq qondarma erməni soyqırımının revanşist qüvvələr tərəfindən yenidən gündəmə gətirilməsi, bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi, hazırda onsuz da, Cənubi Qafqazda kövrək olan sülh prosesinə çox ciddi zərbələr vurur. Doğrudur ki, Nikol Paşinyan mətbuata açıqlamasında hadisəni pisləyib və yolverilməz olduğunu qeyd edib. Lakin nəzərə almalıyıq ki, elə bu proseslərə rəvac verən, şərait yaradan da hazırkı Ermənistan hərbi-siyasi rəhbərliyidir. Əks təqdirdə həmin revanşist və radikal qüvvələr ciddi şəkildə cəzalanardı. Həmçinin bugünkü hadisələr baş verməzdi".


Politoloq vurğulayıb ki, onsuz da bu gün Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində heç də doğru mövqe tutmur: 

"Həmişə olduğu kimi ermənilərin riyakar mahiyyətini və qeyri-konstruktiv siyasətini görürük. Amma sülh prosesinin uzanması bölgəmiz üçün xeyir gətirmir. Odur ki, Cənubi Qafqaz regionunda hər an müharibə təhlükəsi və bu istiqamətdə təhdidlər yaranır. Eyni zamanda bütün bunlar regionun ümumi iqtisadi sferasına mənfi təsir edir. Çünki nə qədər ki sülh və təhlükəsizlik yoxdur, kommunikasiyalar açılmayıb, nəticə etibarilə təkcə bölgə ölkələri deyil, bütün orta dəhliz üzərində yerləşən bütün dövlətlər üçün iqtisadi geriləmələrə gətirib çıxarır. Ən əsası isə Paşinyanın bayraqların yandırılmasına reaksiyası ilk baxışdan müsbət qiymətləndirilir. Lakin onun nə qədər səmimi olması, bu məsələlərdə düzgün mövqe tutmasını demək də çətindir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri