Bazar günü imtahan verəcəklərin NƏZƏRİNƏ!
Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlum olduğu kimi, 2024-cü il dekabrın 1-də Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.
Bu barədə Manset.az-a DİM-dən məlumat verilib.
Mərkəzdən bildirilib ki, iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.
Qeyd edək ki, iddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq.
Baxış sayı:36
Bu xəbər 26 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















