Icma.az
close
up
RU
Bazarda nə baş verir: 100 minlik avtomobillər də ucuz satılır

Bazarda nə baş verir: 100 minlik avtomobillər də ucuz satılır

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son vaxtlar avtomobil bazarında təkliflərin strukturu dəyişib. 

Bazara elektriklə işləyən, eləcə də hibrid avtomobillər daxil olub. Bununla yanaşı, Azərbaycan  bazarına Çin avtomobillərinin də axını sürətlənib. Bu durum avtomobil almaq istəyənləri çətin seçim qarşısında qoyur. 

Avtomobil seçərkən nələrə diqqət etmək lazımdır? Hansı avtomobil daha səmərəli ola bilər? Ümumiyyətlə, avtomobil bazarında son durum necədir? 

Məsələ ilə bağlı avtomobil alqı-satqısı ilə məşğul olan Əlisahib Əliyev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Azərbaycanda avtomobillərin daha çox xarici görünüşünə üstünlük verilir: 

“Məsələn, görünüşü gözəl olan premium sinif “Mercedes G klass” yaxud “Porche” alırıq, onu daha çox işimizlə əlaqədər olaraq şəhər daxilində sürürük. Sonra tıxacdan narazılıq edib “benzini çox “içir”” deyə satmağa qərar veririk. Amma əslində avtomobili təyinatına görə almalıyıq. 

Şəhərdaxili gündəlik istifadə etmək istəyən alıcı elektrik mühərrikli avtomobili rahatlıqla ala bilər. Yaxud, gün ərzində avtomobildən çox istifadə edən, amma hər dəfə şarj etməyə vaxtı olmayan sürücü əgər sərfəli avtomobil istəyirsə, hibrid əldə edə bilər. 

Ümumiyyətlə, hibrid avtomobillər universaldır. Həm yanacağı az sərf edir, həmdə ekoloji baxımdan daha səmərəlidir”. 

O bildirib ki, avtomobil bazarında yeni hibrid avtomobillərin qiymətləri elektriklə işləyənlərdən bir az bahadır:

“Hazırda bazarda, yerli istehsalı da əlavə etsək, 22-23 min manatdan başlayan qiymətlərlə yeni avtomobil almaq mümkündür. Əlbəttə ki, burada seqment fərqinə görə qiymətlər dəyişir.

Bazarda təkliflər çoxdur, 23-33 min manat arası kifayət qədər avtomobil var. Hazırda bu qiymətlərə olan avtomobillərə tələbat çoxdur. Çünki taksilərlə bağlı yeni qaydalardan sonra bu maşınlara tələbat artıb. Bu amilləri nəzərə alsaq, yetərincə seçimlər var”. 

Həmsöhbətimiz qeyd edib ki, avtomobil seçərkən bir sıra amillər nəzərə alınmalıdır:

“Əgər qısa məsafələr üçün avtomobil axtarsaq, elektriklə işləyən və ya hibrid avtomobillər sərfəli ola bilər. Uzaq məsafələr üçün isə hibridlər və ənənəvi yanacaqla işləyən avtomobillər daha məqsədəuyğundur. Texniki xidmət və ehtiyat hissələrinə gəldikdə, ənənəvi və Çin avtomobilləri üçün texniki xidmət məntəqələri daha genişdir. Elektrikli avtomobillər üçün xüsusi şarj məntəqələri və təmir mərkəzləri lazım ola bilər. 

Bu amillərə də diqqət etmək lazımdır. Ümumiyyətlə, elektrikli avtomobillər uzunmüddətli investisiya baxımından qənaətli ola bilər, amma avtosalonlarda ilkin qiyməti  yüksəkdir. Əgər siz ekoloji təmizliyə və yanacaq qənaətinə üstünlük verirsinizsə, hibrid və ya elektriklə işləyən avtomobil yaxşı seçimdir”.

 Ə.Əliyev vurğulayıb ki, ili köhnə olan markalara satışlarda 3 -10 min manat endirim təklif edilir:

“Məsələn, 15 min manata təklif olunan “Chevrolet” avtomobili 12 500 manata, 30 min manata olan “Hyundai” 21-22 min manata təklif olunur. 100 min manata olan premium seqmetli avtomobillərin qiyməti isə 85 min manata enib. Hətta 100 min manatdan yuxarı qiymətə satılan avtomobillərə 10 min manatdan çox endirim verənlər də var. İlin sonu olduğu üçün avtomobil bazarında bir qədər satış var”. 

Həsən Məmmədov 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri