Icma.az
close
up
RU
Bazarın ritmini dəyişən QADINLAR Ətək qısalırsa, iqtisadiyyat yüksəlir?

Bazarın ritmini dəyişən QADINLAR Ətək qısalırsa, iqtisadiyyat yüksəlir?

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belə bir fikir var: qadınlar olmasa iqtisadiyyat batar. Çünki əlinə imkan düşdü-düşmədi alış-veriş edən, hətta psixoloji vəziyyətini belə şopinqlə tənzimləyən qadınlar bu deyimin nə qədər haqlı olduğunun əyani sübutudur. Yəqin elə bu “mənzərə”dən ilhamlanan amerikalı iqtisadçı Corc Teylor  hələ XX əsrdə belə bir fikir irəli sürmüşdü ki, bir ölkənin iqtisadiyyatı qadınlarının ətəyinin uzunluğuna və qısalığına görə müəyyən olunur: ətəklər uzanırsa, iqtisadiyyat yaxşı getmir.
Düzdür, Teylor corab sənayesi ilə bağlı müdafiə etdiyi doktorluq dissertasiyasında məsələni dolayısı yolla araşdırmışdı. O, 1920-ci illərdə corab sənayesinin niyə sürətlə böyüdüyünü izah edərkən, ətək uzunluğundakı dəyişikliklərin də buna təsir etdiyini qeyd edirdi. Ətəklər qısaldıqca qadınlar daha keyfiyyətli corablara pul xərcləməyə məcbur olur və bu da ticarətə fayda gətirir.
Medianın da bu araşdırmadan çıxardığı nəticə bu oldu:
“Ətək qısalığı rifah göstəricisidir”, zaman keçdikcə də iqtisadi nəzəriyyəyə çevrildi.
O vaxtdan bəri hələ də mübahisəli qalan, amma iqtisadiyyatda Ətək İndeksi (Hemline Index) kimi yer alan bu yanaşmaya əsasən insanlar psixoloji olaraq özlərini daha inamlı hiss edəndə, sosial-iqtisadi rifah olanda geyim tərzi də cəsarətli olur, risk ehtimalı artır. Əksinə, qeyri-stabillik, böhran, iqtisadi zəifləmə artdıqda insanlar daha da mühafizəkar olur, geyimi qapanır.
 

Sonrakı dövrlərdə araşdırmalar zamanı bəlli olub ki, doğrudan da yüksək göstəricili iqtisadi dövrlərdə mağazalarda qısa ətək satışları artıb. Məsələn ötən əsrin 50-ci illərindən etibarən tənəzzülün başlaması ilə ətəklər uzanmış, sonra iqtisadiyyat sabitləşdikcə yavaş-yavaş qısalmışdı və bu, 1960-cı illərin mini ətəkləri ilə nəticələndi. Bu tendensiya 1980-ci illərin qarışıq zamanlarına qədər davam etdi.


Amma bunun əksini söyləyənlər də var. Bəziləri tam tərsi – qısa ətəyin tənəzzülün xəbərçisi olduğunu deyir. Erasmus İqtisadiyyat Məktəbinin araşdırmalarına görə, Ətək İndeksi şəhər əfsanəsidir: real dünyavi dəyəri yoxdur. Əksinə bəzi ölkələrdə iqtisadiyyat zəiflədikcə qadınların ətəkləri qısalır, çünki qadınlar zəngin kişilərin diqqətini çəkmək, maddi təminatını yaxşılaşdırmaq üçün açıq paltarlara üstünlük verirlər.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Sentyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see402

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see262

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see204

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see188

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see185

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see179

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see155

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see153

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see144

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri