Bazarlar çökdü: 17 ildən sonra İLK
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Asiya-Sakit okean regionunun 13 ölkəsində iri və orta səviyyədə olan şirkətləri izləyən MSCI Asia Pacific Index aprelin 7-də 7%-dən çox azalıb.
“Cebheinfo.az” “Bloomberg”-ə istinadən xəbər verir ki, bu, 2008-ci ildən bəri ən pis vəziyyətdir.
Agentliyin məlumatına görə, satışa Çin şirkətlərinin səhmləri başçılıq edib. Honq-Konq birjasında satılan Çin səhmlərinin əsas göstəricisi 10%-dən çox ucuzlaşıb.Asiya bazarlarının əksəriyyəti aşağı qiymətlərlə ticarət edir. Tayvanın texnoloji ağırlıqlı fond indeksi rekord 9,8% azalıb.
Yaponiya və Cənubi Koreyada əsas indekslər 4%-dən çox düşüb. Hindistanın əsas fond indeksi 5,1% azalıb, bu, 2024-cü ilin iyun ayından bəri ən pis göstəricidir. Bəzi ölkələrdə - İndoneziya, Tayland və Vyetnamda bazarlar bayramlarla əlaqədar bağlanıb, lakin son günlərdə də azalma müşahidə olunub.Azalma Çin yuanı da daxil olmaqla Asiya valyutalarına da təsir edib və Filippin pesosu ən çox düşən valyuta olub.
Xəzər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 07 Aprel 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















