Icma.az
close
up
RU
Bazarlarda Ermənistandan gətirilən ərik satılır? KONKRET

Bazarlarda Ermənistandan gətirilən ərik satılır? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda meyvə satışı ilə məşğul olan ticarətçilərin işdaşına görə, bazarda Ermənistandan idxal edilmiş ərik satılır. Məlumata görə, onlar son günlərdə Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərə görə Ermənistan məhsullarının Azərbaycana göndərildiyini deyirlər.

KONKRET.az xəbər verir ki, musavat.com Dövlət Gömrük Komitəsi və digər müvafiq qurumlara sorğu yollayaraq, iddianı araşdırıb.

Məlum olub ki, sözügedən iddianın həqiqiliyi ilə bağlı heç bir məlumat yoxdur.

Yeri gəlmişkən, 19-21 iyun tarixlərində Ermənistandan 371 ton ərik ixrac olunub. Ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan Telegram kanalında yazıb ki, Ermənistanın meyvə, tərəvəz, gül və bir sıra digər məhsullarının Rusiyaya ixracına məhdudiyyətlər tətbiq olunduğundan, göstərilən həcmlər əsasən üçüncü ölkələrə həyata keçirilən tədarüklərə aiddir. Avropa İttifaqı Ermənistan kənd təsərrüfatı məhsulları üçün öz bazarını açdığını bəyan edib. Artıq Latviya, Kipr, Yunanıstan, Bolqarıstan və digər ölkələrə ixrac başlayıb. Bununla belə, hazırkı ixrac həcmləri əvvəllər Rusiyaya göndərilən məhsul miqdarı ilə müqayisədə hələlik çox kiçikdir.

Xatırladaq ki, mayın 15-də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) daha əvvəl Rusiyaya məhsul ixracı dayandırılmış bir sıra erməni müəssisələrində yoxlamalar aparmaq niyyətində olduğunu açıqlayıb. Buna səbəb Avropa mənşəli olduğu ehtimal edilən saxta balıq məhsullarının ölkəyə gətirilməsi ilə bağlı şübhələr olub. Mayın 22-də isə güllərin idxalına məhdudiyyət tətbiq edildiyi bildirilib.

İyunun 2-dən etibarən Ermənistandan albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin, üzüm və digər çəyirdəkli meyvələrin idxalı məhdudlaşdırılıb. İyunun 3-də isə alma, armud, badımcan, kartof və quru meyvələrin də Rusiyaya gətirilməsinə müvəqqəti qadağa tətbiq olunub. Məlumata görə, Ermənistanın kənd təsərrüfatı məhsulları ixracının 90 faizindən çoxu Rusiyanın payına düşür. Bu səbəbdən ölkə son dövrlərdə məhsullarını Avropa və digər bazarlara yönəltməyə çalışsa da, yaxın perspektivdə Rusiya bazarını tam əvəz etmək asan görünmür.

Musavat.com iddianın doğruluğunu dəqiqləşdirmək üçün Dövlət Statistik Komitəsinə də sorğu ünvanlayıb. Komitədən sorğumuza cavabda bildirilib ki, 2026-cı ilin yanvar-aprel ayları ərzində Ermənistan mənşəli qida məhsulları Azərbaycana idxal olmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 İyun 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri