Icma.az
close
up
RU
Bazarlarda qiymətlər dəyişəcək?

Bazarlarda qiymətlər dəyişəcək?

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatı və bazardakı qiymətlərlə bağlı müəyyən narahatlıqlara səbəb olub.

Kənd təsərrüfatı üzrə ekspert, iqtisadçı Cəfər İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, son beş ilin hava şəraitini kənd təsərrüfatı baxımından müqayisə etdikdə bu il ən uğurlu illərdən biridir:

“Payız mövsümündən başlayaraq bitkilərin əkini dövründən bu günə qədər hava şəraiti ümumilikdə normal keçib. Düşünmürəm ki, hava şəraiti bu il kənd təsərrüfatına ciddi şəkildə ziyan vuracaq. Əlavə olaraq, bu il kifayət qədər qar və yağış yağması su ehtiyatlarının artmasına səbəb olub. Bu da həm su anbarlarında su səviyyəsinin yüksəlməsinə, həm də yaz əkinlərinin suvarılması baxımından məhsuldarlığın artmasına müsbət təsir göstərə bilər. Doğrudur, son günlərdə bəzi bölgələrdə hava şəraiti qeyri-sabit keçib və bu, xüsusilə bağçılıq sahəsində müəyyən problemlər yarada bilər. Ancaq ümumilikdə, aprel ayı ərzində ciddi bir problemin olduğunu düşünmürəm”.

Ekspertin fikrincə, normal məhsul istehsalı gözlənilir və bazara kifayət qədər məhsul çıxacağı üçün qiymətlərin də sabit qalması ehtimal olunur:

“Qarşıda bizi may ayının sonuna qədər təxminən 40-50 günlük həssas bir dövr gözləyir. Bu müddətdə hava şəraitinin necə olacağı məsələyə tam aydınlıq gətirəcək. Ona görə də ən azı 20 gün də gözləmək və vəziyyəti müşahidə etmək lazımdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see389

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see361

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see343

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see298

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see258

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see253

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see240

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see216

“Ölkədəki ağır sosial iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla danışmaq xalqın problemlərinə biganəliyin göstəricisidir...“ Meybodi

24 İyul 2026 08:01see209

Nərimanov, Yasamal və Suraxanıda elektrik enerjisi məhdudlaşdırılacaq KONKRET

24 İyul 2026 09:18see194

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

24 İyul 2026 08:40see188

Məmmədov oynamadı, komandası Hayduk a uduzdu VİDEO

24 İyul 2026 09:27see186

Ərəblər 30 dedi, “Mançester Siti” 50 istədi

24 İyul 2026 01:09see186

“Məhkəmədə qalib gələ bilməyəcəyik” KONKRET

24 İyul 2026 09:18see181

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see179

Naxçıvanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

24 İyul 2026 09:21see178

Evini sığortalamayanların diqqətinə: cərimələnəcəksiniz!

24 İyul 2026 08:17see168

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see165

Yelo Bank sanksiya siyahısından çıxarıldı QƏRAR

24 İyul 2026 01:21see165

Mərkəzi Bank yeni məzənnələri açıqladı

24 İyul 2026 09:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri