Bazarqanov və Bayramov dünya çempionatında 1/4 finala yüksələ bilməyib
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən sərbəst güləş üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir nki, bu gün Azərbaycan millisinin daha dörd güləşçisi xalça üzərinə çıxıb.
57 kq
İslam Bazarqanov ilk görüşdə gürcüstanlı Roberti Dinqaşvilini 10:1 hesabı ilə məğlub etsə də, ikinci qarşılaşmada UWW bayrağı altında çıxış edən Musa Mehtixanova 0:3 hesabı ilə uduzub.
74 kq
Turan Bayramov startda titul qazanmış rusiyalı güləşçi Zaurbek Sidakovla üz-üzə gəlib. O, 1:5 hesabı ilə məğlub olub.
79 kq
Cəbrayıl Hacıyev rəqibinin zədə səbəbindən xalçaya çıxmaması nəticəsində ilk dövrəni mübarizəsiz adlayıb. O, növbəti qarşılaşmada slovakiyalı Axsarbek Culayevlə güləşəcək.
92 kq
Osman Nurməhəmmədov hələ mübarizəyə qoşulmayıb. Onun ilk rəqibi hindistanlı Dipak olacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 14 Sentyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















