BCM İsrailin Netanyahunun və Qalantın həbs ilə bağlı apellyasiya iddiasını rədd edib
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin, Baş nazir Benyamin Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair əmrlərin verilməsi ilə bağlı apellyasiyasını rədd edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bizimyol.info xəbər verir ki, bu barədə 17 oktyabr tarixində yayımlanan sənəddə məlumat verilib.
"2024-cü il mayın 20-də prokuror, Fələstinlə bağlı vəziyyətlə əlaqədar olaraq, Benyamin Netanyahu və Yoav Qalant da daxil olmaqla beş şəxsə qarşı həbs əmrləri verilməsi üçün müraciət etdiyini açıq şəkildə bəyan edib", – sənəddə deyilir.
Qeyd olunur ki, həmin ilin noyabrın 21-də BCM həbs əmrlərini verib, 13 dekabrda isə İsrail apellyasiya ərizəsi təqdim edərək, həmin əmrlərin səhv verildiyini və hüquqi baxımdan etibarsız olduğunu iddia edib.
Apellyasiya palatası İsrailin həbs əmrlərinin icrasının dayandırılması barədə verdiyi ərizəni rədd edib.
Qadir, Bizimyol.info

