BCM Sudanda törədildiyi iddia olunan hərbi cinayətləri araşdırmaq niyyətindədir
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Darfurun şimalındakı Əl-Faşir şəhərində “Sürətli Reaksiya Qüvvələri” adlı silahlı hərəkatın üzvləri tərəfindən törədildiyi iddia olunan kütləvi qətllər, zorlamalar və digər cinayətlər barədə xəbərlərdən ciddi narahatlığını ifadə edib.
APA xəbər verir ki, bu barədə BCM bəyanat yayıb. 
Bəyanatda qeyd olunur ki, bu əməllər “hərbi cinayətlər” və “insanlığa qarşı cinayətlər” kimi qiymətləndirilə bilər.
Sənəddə vurğulanır ki, BCM BMT Təhlükəsizlik Şurasının 2005-ci ildə qəbul etdiyi 1593 saylı qətnaməyə əsasən Darfurdakı vəziyyətin araşdırılması üçün mandata sahibdir.
Məhkəmə artıq sübutların toplanması və Sudandakı milli, həmçinin beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atdığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Noyabr 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















