Icma.az
close
up
RU
BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirə aparıblar

BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirə aparıblar

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və Bioekologiya kafedrasının dosenti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, “EkoSfera” Ekoloji-Sosial Mərkəzin rəhbəri, Ekoloji Təhsil Fondunun “Eco-Schools” və “Green Key” proqramları üzrə milli koordinatoru, Beynəlxalq Uşaq İqlim Platformasının təsisçisi  Firuzə Sultan-zadə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda Respublika konfransının “Təhsilə ekoloji baxış” adlı II panelində spiker qismində iştirak ediblər.

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Təhsil Nazirliyinin, Agentliyin struktur bölmə rəhbərləri, digər dövlət qurumlarının nümayəndələri və müəssisə rəhbərlərinin iştirak etdiyi konfransın məqsədi məktəbdənkənar təhsilin əhəmiyyətini vurğulamaq, bu sahədə mövcud və beynəlxalq çağırışları müzakirə etmək, onların həlli yollarını araşdırmaq, yerli təcrübələrin mübadiləsini təmin etmək və gələcək perspektivləri müəyyənləşdirmək olub.

Konfransın “Təhsilə ekoloji baxış” mövzusunda panel sessiyasında ekoloji təhsilin uşaqların və gənclərin dünyagörüşünə təsiri, ekoloji şüurun formalaşdırılması və ekoloji problemlərə həssas yanaşmanın təhsil vasitəsilə təşviqi müzakirə edilib. Panelin əsas müzakirə mövzularına ekoloji maarifləndirmənin məktəbdənkənar təhsil proqramlarında yeri, bu istiqamətdə həyata keçirilən layihələr və ekoloji problemlərin həllinə gənclərin cəlb edilməsi daxil olub.

BDU-nun Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva universitetlərin ekoloji təhsildə rolunun vacibliyi, gənclərin ekoloji biliklərlə yanaşı, praktiki vərdişlər əldə etməsi üçün tətbiq edilən strategiyalar barədə ətraflı məlumat verib. Azərbaycanda ekologiya sahəsində elmi tədqiqatların təhsilə inteqrasiyası, bu istiqamətdə BDU-nun rolu və töhfələri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Bioekologiya kafedrasının dosenti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, “EkoSfera” Ekoloji-Sosial Mərkəzin rəhbəri, Ekoloji Təhsil Fondunun “Eco-Schools” və “Green Key” proqramları üzrə milli koordinatoru, Beynəlxalq Uşaq İqlim Platformasının təsisçisi Firuzə Sultan-zadə isə məktəbdənkənar fəaliyyətlər, müxtəlif layihələr, proqramlar, ekskursiyalar vasitəsilə potensial bacarıqların aşkarlanması, istedadların üzə çıxarılması üçün geniş imkanların yaradılmasından, bunun uşaqlar arasında ekoloji vərdişlərə olan təsirindən bəhs edib.

Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, BDU ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi arasında 2017-ci ildə anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində indiyədək müxtəlif təcrübə proqramları, məlumatlandırıcı sessiyalar, vebinarlar və digər maarifləndirici tədbirlər keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Fevral 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri