BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir AZƏRTAC
Bakı, 19 dekabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə ümumilikdə 13 vəzifə çıxarılıb. Onlardan 3-ü kafedra müdiri, 10-u professor, baş müəllim, müəllim vəzifəsidir.
Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Elm və Təhsil Nazirliyinin “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən 1 ay müddətində, “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.
Ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 33
Baxış sayı:76
Mənbə:https://azertag.az
ali təhsil
kafedra müdiri
tutulması qaydaları
təhsil müəssisələrində
vəzifələrinin tutulması
10 professor
19 dekabr
30 gün
az1148 bakı
bakı 19
bakı şəhəri
baş müəllim
başa çatacaq
bdu danazərtac
bdu fakültə
danazərtac bildirilib
dekabr azərtacbakı
dekan m