Icma.az
close
up
RU
BDU da orta əsrlərdə Azərbaycanda şəhərsalma və memarlıq ənənələri tədqiq olunur

BDU da orta əsrlərdə Azərbaycanda şəhərsalma və memarlıq ənənələri tədqiq olunur

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “XIII–XV əsrlərdə Azərbaycanda şəhərsalma və memarlıq” mövzusunda elmi seminar təşkil olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev mövzunun aktuallığını vurğulayıb. O qeyd edib ki, orta əsrlərdə şəhərsalma və memarlıq sahəsi yüksək inkişaf səviyyəsinə malik olub və bu istiqamətdə aparılan tədqiqatlar tarixi proseslərin daha dərindən anlaşılmasına xidmət edir.

Seminarda məruzə ilə çıxış edən kafedranın dosenti, tarix üzrə fəlsəfə doktoru Ülviyyə İbrahimova mövzunu üç əsas istiqamətdə təqdim edib. Məruzədə orta əsrlərdə şəhərsalma prosesinin planlı şəkildə həyata keçirilməsi, landşaft və iqlim amillərinin nəzərə alınması, XIII–XV əsrlərdə şəhərlərin memarlıq xüsusiyyətləri, XV əsrdə şəhər həyatının sosial-siyasi inkişafda rolu geniş şəkildə izah olunub.

Bildirilib ki, Ərdəbil, Marağa, Təbriz, Sərab, Beyləqan, Gəncə, Şamaxı, Bakı və Dərbənd kimi şəhərlər moğol yürüşlərindən sonra müəyyən tənəzzül yaşasa da, XIII əsrin sonlarından etibarən yenidən inkişaf mərhələsinə qədəm qoyub. Həmçinin Şirvan-Abşeron, Təbriz-Naxçıvan və Aran memarlıq üslublarının qorunub saxlanıldığı diqqətə çatdırılıb.

Məruzədə şəhərlərin qala-şəhər quruluşu, müdafiə sistemləri və şəhərdaxili sosial-iqtisadi münasibətlərin inkişafı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, həmin dövrdə şəhərlər salınarkən ehtiyat ərazilər nəzərdə tutulurdu. Qala şəhərlərin radial plan üzrə qurulması, bir neçə giriş qapısına malik olması və əsas magistral yollarının bu qapılara istiqamətlənməsi də vurğulanıb. Açıq düzənliklərdə yerləşən şəhərlərin artması dini-fəlsəfi cərəyanların inkişafı ilə bağlı olub. Təsəvvüf alimlərinin ətrafında formalaşan məskənlər zamanla genişlənərək şəhərlərə çevrilib və bu şəhərlər həm də dini mərkəz kimi fəaliyyət göstərib. Şəhərlərin inkişafında hökmdarların və ali təbəqə nümayəndələrinin tikdirdiyi bazar, hamam və digər ictimai obyektlərin mühüm rolu qeyd edilib.

Seminar çərçivəsində orta əsrlərə aid memarlıq abidələri, o cümlədən məscid və mədrəsə kompleksləri, eləcə də həmin abidələrin inşasında iştirak edən memar və ustaların fəaliyyəti haqqında məlumat verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri