Icma.az
close
up
RU
BDU da Süni İntellekt Etikası üzrə I Gənclər Forumu keçirilir

BDU da Süni İntellekt Etikası üzrə I Gənclər Forumu keçirilir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU), Gənclər və İdman Nazirliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “BDU könüllüləri” təşkilatı, Süni İntellekt Azərbaycan Platforması və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə BDU-da Süni İntellekt Etikası üzrə I Gənclər Forumu keçirilir.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

Forumda çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, hazırda təhsil, elm, səhiyyə, iqtisadiyyat, media, incəsənət və digər sahələrdə süni intellekt əsaslı tətbiqlər sürətlə genişlənir. Süni intellekt bu sahələrin inkişafına töhfə verməklə yanaşı, insan hüquqları və vətəndaş azadlıqları ilə bağlı məsələlərdə bəzən etik problemlərə də səbəb olur. Buna görə də süni intellektin etikası problemi günümüzün aktual məsələsidir: “Azərbaycanda bu istiqamətdə ilk təşəbbüs Bakı Dövlət Universiteti tərəfindən qaldırılıb. Süni intellekt etikasının akademik müstəvidə araşdırılması üçün BDU-da Süni intellekt etikası kafedrası yaradılıb. Bu kafedranın yaranması və formalaşdırılması istiqamətində işin aparılmasında Beynəlxalq Türk Akademiyası dəstək göstərəcək. Artıq bu ildən BDU-nun magistratura pilləsində təhsil alan bütün tələbələrə “Süni intellekt etikası” fənni tədris edilir. İnanırıq ki, bu istiqamətdə aparılan dövlət siyasəti daha da təkmilləşdiriləcək və süni intellektin etikası məsələsi də müvafiq qanunvericilikdə öz əksini tapacaq”.

Milli Məclisin deputatı Naqif Həmzəyev hazırda süni intellektin əksər hallarda düzgün istifadə edilmədiyinə diqqəti çəkib. O qeyd edib ki, günün tələbinə çevrilən süni intellekt daha çox alət kimi istifadə edilməlidir, onun birbaşa vasitə və ya mənbə kimi istifadəsi yanlışdır: “Bu gün sosial şəbəkələrdə süni intellekt vasitəsilə yaradılan audiovizual kontentlər müxtəlif müzakirələrə səbəb olur ki, bu da mənfi tendensiyalar doğurmaqdadır. Bu, həm də onun etikasının öyrənilməsi, aktual məsələ kimi araşdırılmasını tələb edir. Düşünürəm ki, gənclərimizin təşəbbüsü ilə keçirilən bu forum faydalı olacaq”.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov bəşəriyyətin texnoloji dəyişikliklərə sürətlə məruz qaldığı dövrdən keçdiyini və bunun iqtisadi yüksəlişin əsas hərəkətverici qüvvəsi olduğunu qeyd edib. O qeyd edib ki, XXI əsrdə bu rola süni intellekt sahiblənib: “Dünya İqtisadi Forumunun “Gələcəyin əmək bazarı hesabatı”nda göstərilir ki, süni intellekt əmək bazarının məhsuldarlığını artırır. Bu, qarşıdakı illərdə ənənəvi peşələrin sıradan çıxmasına və yeni ixtisasların meydana gəlməsinə səbəb olacaq. Əmək bazarında yeni bacarıqlar əldə etmək isə rəqabətə davamlılığın əsas formuluna çevrilib. Bütün bunlar nəzərə alınaraq, ölkə rəhbərinin Sərəncamı ilə Azərbaycanın növbəti üç il üçün “Süni intellekt Strategiyası” qəbul edilib. İqtisadiyyat Nazirliyi və 4SİM tərəfindən də qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Ölkə vətəndaşlarının süni intellekt və data elmi sahəsində məlumatlılığının artırılması üçün Milli Proqram həyata keçirilir. Bakı Dövlət Universitetinin 1600-dən çox tələbəsi və 120-dən artıq müəllimi Milli Proqramdan yararlanıb və sertifikat əldə edib. Süni intellekt dövründə əmək bazarının əsas iştirakçısı olan gəncləri inkişaf etdirmək bu yoldakı əsas missiyamızdır”.

Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədr müavini Ramin Həbibzadə, Süni İntellekt Azərbaycan Platformasının idarə heyətinin sədri Nərmin Həbibzadə və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının baş katibi Nazrin Süleymanova ölkəmizdə süni intellekt etikası mövzusunda ilk dəfə keçirilən forumun böyük əhəmiyyətə malik olduğunu bildiriblər.

Forum işini “Süni intellektin gələcək nəsillərə təsir imkanları, problemlər və fürsətlər” və “Süni intellekt etikası və gənclərin rifahı: süni intellekt dövründə təhsil, karyera və qlobal standartlar” mövzuları

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see248

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see238

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see232

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see204

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see172

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see154

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see151

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see146

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see144

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see144

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see141

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see133

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see132

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see132

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see131

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see131

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri