Icma.az
close
up
RU
BDU da T3 Fondunun əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

BDU da T3 Fondunun əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 11 iyul, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) birgə əməkdaşlığı çərçivəsində BDU-da “TEKNOFEST klubu” yaradılır. Bununla bağlı BDU-nun Elmi şurası qərar qəbul edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev universitet komandalarının son illərdə dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST”də ciddi uğurlara imza atdığını bildirib. O qeyd edib ki, T3 Fondu ilə əməkdaşlığın dərinləşdirilməsi və “TEKNOFEST klubu”nun yaradılması bu yarışlara hazırlaşacaq BDU tələbələrinə dəstəyin göstərilməsi, onlarda texnologiyaya marağın artırılması, rəqəmsal bacarıqların inkişafı, innovasiya və startap mədəniyyətinin təşviqi, T3 və “TEKNOFEST” ekosisteminə inteqrasiya, Türkiyədə müvafiq qurumlarla elm və texnologiya sahəsində əməkdaşlığın gücləndirilməsi, BDU-nun innovasiya yönümlü strategiyasının dəstəklənməsi məqsədini daşıyır.

T3 Fondu ilə əməkdaşlıq çərçivəsində tələbələrin texnologiya, mühəndislik və elmi araşdırmalara olan marağının artırılması hədəflənir. Klub tələbələrin rəqəmsal texnologiyalar, proqramlaşdırma, süni intellekt, robototexnika və digər sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək üçün təlim və layihələr təşkil edəcək. Tələbələr T3 Fondunun təşəbbüslərində, o cümlədən “TEKNOFEST” və digər beynəlxalq müsabiqələrdə iştirak imkanı əldə edəcəklər. Klub vasitəsilə BDU və T3 Fondu arasında davamlı əməkdaşlıq qurularaq, birgə layihələrin, mübadilə proqramlarının və elmi tədbirlərin həyata keçirilməsi təşviq olunacaq. “TEKNOFEST klubu” BDU-nun strateji hədəfləri ilə uzlaşaraq, gənclərin gələcəyin tələblərinə uyğun hazırlanmasına xidmət edəcək.

T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru Ahmet Köse çıxışında Fondun fəaliyyət istiqamətləri barədə məlumat verib, BDU ilə əməkdaşlığın ölkəmizdə elm və texnologiyanın daha da inkişafına təkan verəcəyinə əminliyini bildirib, yeni yaranan klubun fəaliyyətinə uğurlar arzulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri