Icma.az
close
up
RU
BDU da tədbir Vətən müharibəsi qazi övladlarının gözü ilə

BDU da tədbir Vətən müharibəsi qazi övladlarının gözü ilə

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 31 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) “Zəfər tarixi” lektoriyasında Jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Vətən müharibəsi qazi övladlarının gözü ilə” adlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, ali məktəblərin əsas missiyası vətənpərvər, milli dəyərlərə sadiq, cəmiyyətin problemlərinə həssas gənclər yetişdirməkdir. Belə görüşlər gənc jurnalistlərin gələcək peşə fəaliyyətlərində də müsbət nəticəsini göstərəcək.

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev fakültədə qazilərlə görüşlərin mütəmadi olaraq keçirildiyini deyib. Qeyd edib ki, tarixi Zəfərimizin beşinci ildönümündə təşkil edilən bu tədbirlər böyük əhəmiyyətə malikdir.

Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli qeyd edib ki, qazilərin keçdiyi həyat yolu, döyüş təcrübəsi gələcək jurnalist nəslinə milli-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayır.

Qazi jurnalistlər - Baku TV-nin əməkdaşı Tarverdi Tarverdiyev və Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri, Jurnalistika fakültəsinin məzunu Mahal Məmmədov döyüş yolundan danışıb, jurnalistlik fəaliyyətləri ilə bağlı fikirlərini bölüşüblər.

Qazi jurnalistlərin övladları – Jurnalistika fakültəsinin birinci kurs tələbələri Məryəm Tarverdiyeva və Aytən Məmmədova çıxışlarında deyiblər ki, Vətən müharibəsindəki tarixi qələbə bütöv Azərbaycan gəncliyi üçün ən qiymətli ərməğan, onu qorumaq isə hər kəsin vətəndaşlıq borcudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri