Icma.az
close
up
RU
BDU da Vahid Əzizlə görüş keçirilib

BDU da Vahid Əzizlə görüş keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə şair, tərcüməçi, Xalq şairi Vahid Əzizin tələbələrlə görüşü keçirilib. Görüşdə Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan qurumların könüllüləri də iştirak ediblər.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Qarabağda tarixi Zəfərin beşinci ildönümünün qeyd edildiyi günlərin hər kəsdə qürur hissi yaratdığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqı həm qəhrəman, həm də yaradıcı xalqdır: “Azərbaycan ədəbiyyatı hər zaman öz şairləri, ədibləri ilə fəxr edib, çünki onlar hər zaman əsərlərində bəşəri dəyərləri, ülvi hissləri və Vətənə məhəbbəti təbliğ ediblər. Müasir Azərbaycan ədəbiyyatının böyük simalarından olan Xalq şairi Vahid Əzizlə görüş də gənc nəslin bu ideyalara sadiq böyüməsi üçün təşkil edilib. Maraqlı məqamlardan biri də odur ki, bugünkü tədbirimizdə yalnız BDU tələbələri deyil, digər ali təhsil müəssisələrinin də tələbələri iştirak edirlər. İnanıram ki, bu görüş gənclərimiz üçün faydalı və maraqlı olacaq”.

XQ xəbər verir ki, tədbirin moderatoru, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı Xalq şairi Vahid Əzizin həyat və yaradıcılıq yolundan söz açıb. Qeyd edib ki, görkəmli şair 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalar kəndində anadan olub, orta məktəbi Tərtər rayonunda bitirib. Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra bir sıra hökümət vəzifələrində fəaliyyət göstərib. Ötən əsrin 60-cı illərindən ədəbi fəaliyyətə başlayan Vahid Əzizin yaradıcılığında sevgi motivi daim öndə olub. Vahid Əzizin şeirlərinə bəstələnmiş mahnılar milli musiqi xəzinəmizin ən gözəl nümunələrindəndir. Şairin yaradıcılığına ən yüksək dəyər isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xalq şairi fəxri adının verilməsi olub.

Sonra söz Vahid Əzizə verilib. Universitet mühitində tələbələrlə görüşün şair üçün yaddaqalan olduğunu deyən Vahid Əziz görüşün təşkilinə görə BDU rəhbərliyinə və tələbələrə təşəkkürünü bildirib. Görkəmli şair Zəfərimizin beşinci ilində keçirilən görüşdə əvvəlcə müəllifi olduğu “Mübarəkdir!” şeirini səsləndirib. Müqəddəs qələbəmizin Azərbaycan tarixinin qızıl səhifəsinə çevrildiyini deyib.

Daha sonra tanınmış şair yaradıcılığının ən sevilən şeirlərini səsləndirib, tələbələrin çoxsaylı suallarını cavablandırıb. Görüşdə BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin əməkdaşlarının ifasında Vahid Əzizin şeirlərinə bəstələnən musiqilər ifa olunub.

Sonda BDU rektoru Elçin Babayev görüşdə iştirakına görə Vahid Əzizə təşəkkür edib, belə görüşlərin tələbəlik həyatının ən unudulmaz anlarından olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri