Icma.az
close
up
RU
BDU da Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi qeyd olunub

BDU da Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi qeyd olunub

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

BDU-dan 525.az-a bildirilib ki, tədbirdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib, onun təkrarsız poetik ustalığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıb.

Fakültə üzrə TGT sədri Hümbət Bədəlov şairin yaradıcılığında saz və məhəbbət mövzusu barədə geniş məruzə edib, Osman Sarıvəllinin adı ilə bağlı olan rəvayətləri auditoriyanın diqqətinə çatdırıb.

Tarix fakültəsinin I kurs tələbəsi Şəhriyar Məmmədzadə “Osman Sarıvəllinin lirikasında təbiətin tərənnümü” mövzusunda məruzə edib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbələri Nicat Qasımov və Kamil Eyvazlı “Dilqəmi”, “Naxçıvani”, “Orta Sarıtel” və “Ruhani” saz havalarını ifa edib, şairin yaradıcılığından nümunələr söyləyiblər. Filologiya fakültəsinin tələbələri Validə Bayramlı, Sultan Əsədli və Yaqut Tağıyeva sənətkarın şeirlərini səsləndiriblər.

Sonra Filologiya fakültəsi TGT-nin təşəbbüsü ilə Osman Sarıvəllinin 120 illik yubileyinə həsr olunmuş “Hər kim yüz il yaşamasa, günah onun özündədir” mövzusunda esse müsabiqəsinin qalibləri elan olunub. Müsabiqənin nəticəsinə görə, Fatimə Qurbanova I, Nəzrin Həsənli II, Şəhriyar Məmmədov III yerə layiq görülüblər.

Qaliblərə sertifikatlar təqdim olunub.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Aprel 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri