BDU da yaz imtahan sessiyası başlanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 2-dən Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya 5 həftə ərzində davam edəcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 17:00-dək keçiriləcək.
Bakalavriat səviyyəsində 701 qrup üzrə 16000-dən çox, magistratura səviyyəsində 215 ixtisaslaşma üzrə 1175 magistrant imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-cü il iyul ayının 3-dən 7-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 İyun 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















