Icma.az
close
up
RU
BDU nümayəndə heyəti Pakistanın Lahor Universitetinə səfər edib FOTOLAR

BDU nümayəndə heyəti Pakistanın Lahor Universitetinə səfər edib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfəri çərçivəsində ölkənin aparıcı və böyük ali təhsil müəssisələrindən biri olan Lahor Universitetində rəsmi görüşlər keçirib.

"Unikal" xəbər verir ki, səfərin əsas məqsədi iki universitet arasında akademik, elmi və mədəni sahələrdə əməkdaşlığın gücləndirilməsi olub.

Səfər çərçivəsində BDU-nun rektoru Elçin Babayev Lahor Universitetinin İdarə Heyətinin sədri Üveys Rauf ilə görüşüb. Görüşdə universitetlər arasında elmi-tədqiqat əməkdaşlığının gücləndirilməsi və akademik mübadilə proqramlarının genişləndirilməsi müzakirə olunub. Tərəflər birgə innovativ layihələrin həyata keçirilməsi və ikili diplom proqramlarının yaradılması perspektivlərini nəzərdən keçiriblər. Həmçinin, təhsil və texnologiya sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Görüş Lahor Universitetinin rektoru Məhəmməd Əşrəfin, rəhbər heyətinin, dekanların, eləcə də ICESCO-nun Baş direktorunun elm və texnologiyalar üzrə müşaviri Məhəmməd Şərifin iştirakı ilə geniş tərkibdə davam edib. Konkret elm və təhsil istiqamətləri üzrə iki universitet arasında strateji tərəfdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb, birgə qurumların yaradılması, ikili diplom proqramlarının təşkili və digər əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

BDU-nun rektoru Elçin Babayev Universitet haqqında təqdimatla çıxış edərək, BDU-nun tarixi, beynəlxalq əməkdaşlıq istiqamətləri, təhsil və elmi nailiyyətləri, o cümlədən gələcək inkişaf planları barədə ətraflı məlumat verib. O, BDU-nun beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, Pakistan universitetləri ilə əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

BDU nümayəndə heyəti Lahor Universitetinin idarəetmə strukturu, fakültələri, kampusu, hospitalı, müasir laboratoriyaları və mərkəzləri ilə yaxından tanış olub. Səfər çərçivəsində BDU-nun rektoru Elçin Babayevin Lahor universitetinin müəllim və tələbələri ilə görüşündə təhsil və elmi araşdırmalar sahəsindəki fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlərin yekunu olaraq Bakı Dövlət Universiteti və Lahor Universiteti arasında anlaşma memorandumu imzalanıb. Bu memorandum universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi tədqiqatların aparılması, professor-müəllim heyətinin və tələbələrin akademik mübadiləsi, eləcə də birgə təhsil proqramlarının həyata keçirilməsini nəzərdə tutur. BDU ilə Lahor Universiteti arasında imzalanmış memorandumun reallaşdırılması istiqamətində konkret addımların atılması planlaşdırılır və bu əməkdaşlığın uzunmüddətli perspektivdə hər iki universitetə mühüm faydalar verəcəyi gözlənilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Mart 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri