BDU nun 18 tələbəsi “PAŞA Holdinq”in “Əlaçı” təqaüdünə layiq görülüb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 14 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 18 tələbəsi 2025/2026-cı tədris ilini əhatə edən və “PAŞA Holdinq” tərəfindən dördüncü dəfə reallaşdırılan “Əlaçı” təqaüd proqramının qalibi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Qeyd edək ki, 2022-ci ildən həyata keçirilən proqramda iştirak edən tələbələrin ümumi sayı 430-dan çox olub. Bu il proqrama müraciət edən tələbələrin ümumi sayı 3180-dən çox, proqrama seçilən tələbələrin sayı isə 100 nəfər təşkil edib. Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu, təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, şəbəkə görüşləri və “PAŞA Holdinq”, eləcə də “PAŞA Qrup” şirkətlərindən olan mütəxəssislərlə görüşlər keçiriləcək. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının, həm də karyeralarının inkişafını əhatə edəcək. “Əlaçı” təqaüd proqramı III-IV kurs bakalavr tələbələrini əhatə edir və onların bir il ərzində aylıq təqaüdlə təltif olunmasını nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 14 Oktyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















