BDU nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 3 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə komissiyasının qərarına əsasən, BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi Lalə Qəhrəmanlı ən yüksək nəticə göstərərək təbiət, dəqiq və texnika elmləri üzrə “İlin gənc alimi” seçilib, diplom və pul mükafatı ilə təltif olunub.
Universitetin yüksək elmi nəticələri ilə seçilən daha dörd əməkdaşına - Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Məhəmməd Bağırov, Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının elmi işçisi Gülnar Atakişiyeva, İnformasiya və sənəd menecmenti fakültəsinin dekan müavini Daşqın Məhəmmədli və doktorant Nigar Seyidliyə təşəkkürnamə və pul mükafatı verilib.
BDU artıq beş ildir ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edir. Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər, il ərzində aktiv fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 03 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















