Icma.az
close
up
RU
BDU nun kafedra müdiri vəfat etdi

BDU nun kafedra müdiri vəfat etdi

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi kibernetika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Kamil Mənsimov vəfat edib.

Kamil Mənsimov 1950-ci il dekabrın 10-da Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 1973-cü ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlayıb. 1979-cu ildə "Sonradan təsirə malik sistemlərdə zəruri şərtlər nəzəriyyəsinə dair" adlı dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. 1985-ci ildə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə ona “Riyazi kibernetika” ixtisası üzrə baş elmi işçi adı verilib. 1994-cü ildə dosent elmi adını alıb. 1994-cü ildə "Optimal idarəetmə məsələlərində məxsusi proseslərin tədqiqi" adlı doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.

Kamil Mənsimov 1992-1994-ci illərdə Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə kafedrasının dosenti, 1995-1997-ci illərdə isə həmin kafedranın professoru vəzifəsində işləyib. 1998-ci ildən indiyədək Riyazi kibernetika kafedrasının müdiri vəzifəsində çalışıb.

Professor Kamil Mənsimov riyazi kibernetika sahəsində tanınmış alim, görkəmli pedaqoq və elm təşkilatçısı olub. Onun rəhbərliyi ilə 14 elmlər namizədi hazırlanıb. 386 elmi əsərin, o cümlədən 100-dək elmi məqalə, 6 monoqrafiya və 19 dərs vəsaitinin müəllifi olub.

Elmi və pedaqoji fəaliyyətinə görə Kamil Mənsimov 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı, 2019-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. Həmçinin BDU-nun 100 illiyi münasibətilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı ilə təltif edilib.

Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivi professor Kamil Mənsimovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Noyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri