Icma.az
close
up
RU
BDU nun Prezident təqaüdçüsü üçün uğur formulu: Çalışmaq, intizam və inam

BDU nun Prezident təqaüdçüsü üçün uğur formulu: Çalışmaq, intizam və inam

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 13 noyabr, AZƏRTAC

Bu il Bakı Dövlət Universitetinin (BDU) 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Onlardan biri də Hüquq fakültəsinin tələbəsi Nuray Muradlıdır. O, 2025-ci ildə Bakıda fəaliyyət göstərən Kəlbəcər rayon Aşıq Şəmşir adına 12 nömrəli tam orta məktəbi bitirib və 682 balla BDU-nun Hüquq fakültəsinə qəbul olub. Uşaqlıqdan detektiv kitablara həvəsi olan Nuray bu ixtisası həmin vaxtdan istədiyini söyləyir. AZƏRTAC Nuray Muradlı ilə müsahibəni təqdim edir.

-Nuray, hazırlıq prosesində sənə ən çox dəstək göstərən kim olub?

- Məni bu müddətdə ən çox dəstəkləyən müəllimim - anam olub. Nə vaxtsa həvəsdən düşsəm, məni həmişə dəstəkləyirdi, bacaracağıma inandırırdı.

- Səncə, inanmaq uğurlu olmaq üçün vacibdir?

- Əlbəttə, mən bu universitetə, istədiyim ixtisasa qəbul olacağıma çox inanırdım. Hətta hər yerə yazırdım ki, Muradlı Nuray, gələcəyin hüquqşünası. Altından da xətt çəkirdim. Buna inanırdım. Amma tək inanmaqla uğurlu olmaq mümkün deyil, əlbəttə. Bu müddətdə çox çalışmışam. Dərslərimə qarşı intizamlı idim. Çalışmaq, intizam və inam - uğuru belə ifadə edərdim. Qəbul imtahanlarına hazırlıq dövründə sosial həyatım demək olar ki, yox idi. Axşam saat 10-dək dərslərimlə məşğul olurdum. Hətta hobbilərimi dərslərimə uyğunlaşdırmağa çalışırdım, musiqi əsərlərinə ingiliscə qulaq asırdım ki, imtahanda ingilis dilimdən kömək olsun.

-BDU-ya qəbul olduğun xəbərini eşitdikdə hansı hissləri keçirdin? Təəssüratların necə oldu?

-Çox sevindim. Həmin vaxt bildirişlər çox olur deyə insan səbirsiz olur. Amma qəbul olduğumu görəndə tamam fərqli hisslər keçirdim. Elə Prezident təqaüdünə layiq olduğum xəbərini eşidəndə də. Mənim xəbərim olmamışdı, bir-iki saat sonra qrup yoldaşım məni təbrik etdi, onda bildim ki, təqaüdə layiq görülmüşəm.

- Universitetə hazırlıq müddətində həvəsdən düşdüyün məqamlar olurdu? Özünü necə ilhamlandırırdın?

- Bakı Dövlət Universiteti mənim üçün ən doğma məkanlardandır. Mən BDU-da oxuyan tələbələrin, bitirən məzunların videolarını izləyirdim, özümü onların yerində görürdüm. Nə vaxtsa həvəsdən düşsəm, tez-tez özümə deyirdim, “mən gələcəyin ən yaxşı hüquqşünaslarından biri olacam...”. Qəbul imtahanı ərəfəsində universitetin önündən keçirdim, məzunlar şəkil çəkdirirdilər. Onların təlaşını görüb çox həvəslənmişdim.

-Artıq bir neçə aydır ki, dərslərin başlayıb, təəssüratların necədir?

-Dərslər çətindir, amma adaptasiya müddətim çox uzun çəkmədi. Burada istədiyim tələbəlik mühitini tapdığımı deyə bilərəm.

-Gələcəkdə hüququn hansı sahəsində ixtisaslaşmaq istəyirsən?

-Hüquq çoxşaxəli ixtisasdır. Mənim yönəlmək istədiyim istiqamət prokurorluqdur. Düşünürəm ki, mən bunu bacaracağam.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri