Icma.az
close
up
RU
BDU nun rektoru: Elmi nəticələrin praktik həllərə çevrilməsi universitetin əsas hədəflərindəndir

BDU nun rektoru: Elmi nəticələrin praktik həllərə çevrilməsi universitetin əsas hədəflərindəndir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakıda keçirilən “Times Higher Education (THE) Avrasiya Universitetlərinin Sammiti” çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Avrasiya universitetləri elmi regional inkişafın mühərrikinə necə çevirə bilər?” mövzusunda keçirilən panelin spikerlərindən biri qismində çıxış edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, sammitin ümumi mövzusu olan “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” çərçivəsində təşkil edilən paneldə elmin və innovasiyaların dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin qurulmasında oynadığı həlledici rolu müzakirə edilib.

Çıxışında BDU-nun rektoru universitetin elmi-tədqiqat strategiyasını regional və milli inkişaf prioritetlərinə uyğunlaşdırmaq istiqamətində atdığı addımları diqqətə çatdırıb. O qeyd edib ki, elmi nəticələrin praktik həllərə çevrilməsi, o cümlədən iqlim dəyişikliyi, ictimai sağlamlıq, texnoloji dəyişikliklər və sosial-iqtisadi bərabərsizlik kimi qlobal problemlərə cavab verilməsi universitetin əsas hədəflərindəndir. Bununla yanaşı, o, regional tərəfdaşlıqların gücləndirilməsinin, universitetlər arasında beynəlxalq əməkdaşlığın innovasiya və potensialın artırılmasında mühüm rol oynadığını vurğulayıb. Rektor həmçinin tələbə-tədqiqatçıların təşəbbüslərinin dəstəklənməsinin onların Avrasiyanın bilik iqtisadiyyatında transmilli tədqiqatçılar kimi formalaşmasına şərait yaratdığını bildirib. O əlavə edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhsil və elmdə davamlılığın təşviqi də BDU-nun fəaliyyətində prioritet istiqamətlərdən biridir.

Rektor, həmçinin vurğulayıb ki, BDU-nun beynəlxalq elmi əməkdaşlıqlarda və qlobal akademik şəbəkələrdə fəal iştirakı Azərbaycanın elm, təhsil və innovasiya mərkəzi kimi mövqeyini gücləndirir.

Paneldə Qazaxıstanın Nazarbayev Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri də uğurlu elmi inkişaf modellərini təqdim ediblər. Müzakirələrdə tədqiqatların praktik, miqyaslana bilən həllərə çevrilməsi və regional tərəqqiyə birbaşa töhfə verməsinin vacibliyi vurğulanıb.

BDU-nun bu nüfuzlu sammitdə həm stendlə təmsil olunması, həm də rektorun panel spikeri kimi iştirakı universitetin beynəlxalq nüfuzunun artması, Avrasiya ali təhsil məkanında lider mövqeyinin güclənməsi və elmin regional sosial-iqtisadi inkişafa töhfəsinin daha da genişlənməsi istiqamətində mühüm addımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri