Icma.az
close
up
RU
BDU Qazaxıstanın Kunayev Universiteti ilə əməkdaşlığa başlayır AZƏRTAC

BDU Qazaxıstanın Kunayev Universiteti ilə əməkdaşlığa başlayır AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 22 yanvar, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Kunayev Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. BDU-nun regionun lider ali təhsil müəssisələrindən biri olduğunu vurğulayan rektor Elçin Babayev universitetin tarixi, beynəlxalq əlaqələri, tədris və tədqiqat sahəsində son illərdə əldə etdiyi uğurları barədə ətraflı məlumat verib. O, iki ölkə arasında mövcud olan möhkəm əlaqələrin təhsildə və elmdə də dərinləşdirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, BDU ilə qardaş Qazaxıstanın ali məktəbləri arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. BDU Qazaxıstanın 3 universiteti ilə ikili diplom proqramı həyata keçirir. Rektor imzalanan memorandumun hər iki universitetin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Qazaxıstanın Kunayev Universitetinin rektoru Jazira Ömürəli də BDU ilə birgə layihələrin həyata keçirilməsi üçün imkanların böyük olduğunu deyib, xüsusilə hüquq, beynəlxalq münasibətlər, kibertəhlükəsizlik kimi sahələr üzrə əməkdaşlığa xüsus maraq göstərdiklərini vurğulayıb.

Memorandum çərçivəsində hər iki universitetdə tədris və təlim prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Elm, təhsil və mədəniyyət sahələrində birgə layihələrin, tədbirlərin təşkili, ortaq elmi tədqiqatların həyata keçirilməsi, akademik, elmi və mədəni mobilliyin inkişafı, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin mübadiləsi də memorandumda əks olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri