Icma.az
close
up
RU
BDU və Mətbuat Şurası bəyanat yaydı

BDU və Mətbuat Şurası bəyanat yaydı

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə keçirdiyi “İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri” mövzusunda dəyirmi masa iştirakçıları bəyanat yayıb.

Moderator.az-a daxil olan bəyanatda bildirilir: “Biz, Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə keçirdiyi “İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri” mövzusunda dəyirmi masanın iştirakçıları dəyirmi masada aparılan müzakirələri və səslənən fikirləri əsas tutaraq aşağıdakıları bəyan edirik:

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının hər il bir ölkədə keçirilən sessiyaları dünyanın ən mötəbər tədbirlərindən biridir. Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda keçirilməsi barədə yekdil qərarın qəbul edilməsi dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə göstərilən etimadın bariz nümunəsidir. Bu gün Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili və üzərinə düşən missiyanın layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edib. Əminik ki, COP29 yüksək səviyyədə, nümunəvi şəkildə təşkil olunacaqdır.

Lakin eyni zamanda bəyan edirik ki, Azərbaycan dövlətinin son illər əldə etdiyi uğurlar, beynəlxalq arenada nüfuzunun gündən-günə artması, qlobal təşəbbüslərin əsas iştirakçılarından birinə çevrilməsi bəzi xarici ölkələri və beynəlxalq təşkilatları, xüsusilə ermənipərəst qüvvələrin təsiri altında olan dairələri hədsiz qıcıqlandırır. Bizim əldə etdiyimiz uğurları, xüsusilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfəri, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasını həzm edə bilməyən bu dairələr mütəmadi olaraq ölkəmizə qarşı informasiya hücumları, diversiyalar aparır, dövriyyəyə dezinformasiyalar buraxırlar. Xüsusilə COP29 ərəfəsində aktivləşən müxtəlif siyasi dairələrdən edilən bu hücumlar, təhdidlər, çirkin kampaniyalar bizi qarşımızda duran hədəflərdən yayındırmaq, ölkəmizin artan nüfuzuna və BMT-nin mötəbər tədbirinə kölgə salmaq məqsədi daşıyır. Azərbaycanla bağlı qərəzli və həqiqətə uyğun olmayan məlumatların məqsədyönlü şəkildə yayılmasına çalışan bu qüvvələr ölkəmizə qarşı hibrid təhdidlərin təşkilini hədəf götürərək iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və bir sıra ekoloji problemlərin müzakirəsini və müvafiq qərarların qəbul edilməsini nəzərdə tutan bu beynəlxalq tədbiri bütün vasitələrlə siyasiləşdirməyə çalışırlar. Prosesdə dünyanın bir sıra aparıcı media orqanlarının iştirakı isə dərin təəssüf hissi doğurur.

Biz, bütün bunları nəzərə alaraq, Azərbaycanın media vasitələrini COP29-la bağlı ölkəmizə qarşı aparılan informasiya diversiyalarına münasibətdə ayıq-sayıq davranmağa, belə xoşagəlməz təmayüllərin gerçək mahiyyəti barədə vətəndaşlarımızı və dünya ictimaiyyətini operativ məlumatlandırmağa çağırırıq.

Biz, eyni zamanda, dünyanın aparıcı media orqanlarını, ümumən söz və ifadə azadlığının təəssübünü çəkən media qurumlarını Azərbaycana qarşı informasiya diversiyalarına, məqsədli dezinformasiya tədbirlərinə obyektiv və adekvat qiymət verməyə, bu kimi halların aradan qaldırılması üçün həmrəyliyə çağırırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri