BDYPİ: Sükan arxasında telefondan istifadə faciəyə aparan yolun başlanğıcıdır
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 16 oktyabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bir daha sürücülərin diqqətinə çatdırır ki, sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən biridir. Bu, sadəcə qayda pozuntusu deyil, məsuliyyətsizlik və həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq deməkdir.
Bu barədə AZƏRTAC-a idarədən məlumat verilib.
Bildirilib ki, mobil telefondan istifadə zamanı yaranan əsas təhlükələr diqqətin yayınmasıdır. Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır. Telefonla məşğul olan sürücünün reaksiyası 2–3 dəfə ləngiyir, bu isə qəfil əyləc və manevr imkanlarını azaldır. Telefona diqqət yönəldən sürücü hərəkət zolağından çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün dəyərləndirə bilmir.
“Hörmətli sürücülər, unutmayın, heç bir zəng və ya mesaj insan həyatından daha önəmli ola bilməz. Sükan arxasında məsuliyyətli davranış təkcə sizi deyil, yolda olan hər bir şəxsi təhlükədən qoruyur”, - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 16 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















