Icma.az
close
up
RU
BEA: Apreldə Yaxın Şərqdən neft təchizatında fasilələr artacaq

BEA: Apreldə Yaxın Şərqdən neft təchizatında fasilələr artacaq

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 aprel, AZƏRTAC

Yaxın Şərqdən neft tədarükündəki fasilələr aprel ayında artacaq və Avropa iqtisadiyyatına təsir göstərməyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 1-də Beynəlxalq Enerji Agentliyinin direktoru Fatih Birol bildirib.

“Onun sözlərinə görə, İrana qarşı ABŞ-İsrail müharibəsinin başlamasından bəri Tehranın regiondakı enerji obyektlərinə hücumları və Hörmüz boğazından gəmiçiliyə qoyulan məhdudiyyətlər səbəbindən 12 milyon bareldən çox neft itkisi baş verib”, - deyə “Reuters” yazır.

O, həmçinin bildirib ki, müharibə başlayandan bəri Yaxın Şərqdə təxminən 40 əsas enerji obyekti zədələnib və onların bərpasına müəyyən vaxt lazım olacaq.

“Bizi çox ciddi, tarixdə bu günə qədər baş verən ən böyük böhran gözləyir”, - deyə Birol qeyd edib.

O əlavə edib ki, aprel ayında itkilərin artması gözlənilir, çünki martda gələn bir sıra neft və mayeləşdirilmiş təbii qaz daşınmaları ilə bağlı hələ müharibədən əvvəl müqavilələr bağlanıb və onlar təyinat yerlərinə hərəkət etməkdə davam edib.

“Apreldə neft və mayeləşdirilmiş təbii qaz itkiləri mart ayından iki dəfə çox olacaq... Bu, inflyasiyaya səbəb olacaq və bir çox ölkədə iqtisadi artımı azaldacaq”, - deyə Birol Norveç suveren fondunun rəhbəri Nikolay Tangen ilə birlikdə podkastda bildirib.

Birolun sözlərinə görə, ən böyük problem reaktiv və dizel yanacağı çatışmazlığıdır ki, bu da artıq Asiya ölkələrinə təsir edib, lakin Avropaya da təsir etməsi gözlənilirdi.

“Biz bunu Asiyada müşahidə edirik, amma düşünürəm ki, tezliklə - aprel və ya may aylarında Avropaya çatacaq”, - deyə o əlavə edib.

Birol qeyd edib ki, neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündəki mövcud fasilələr birlikdə 1973 və 1979-cu illərdəki iki neft böhranı və 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanması səbəbindən Rusiya qaz həcminin itirilməsindən daha pisdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Aprel 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri