Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Bədən Tərbiyəsi və İdman Günü: Sağlam cəmiyyətin və güclü dövlətin təməli

Bədən Tərbiyəsi və İdman Günü: Sağlam cəmiyyətin və güclü dövlətin təməli

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 mart, AZƏRTAC

Hər il 5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycanda idmanın inkişafına göstərilən yüksək dövlət qayğısının, sağlam həyat tərzinin təbliğinin və gənc nəslin fiziki-mənəvi inkişafına verilən önəmin bariz nümunəsidir.

Müstəqil Azərbaycanın idman sahəsində qazandığı möhtəşəm nailiyyətlər bilavasitə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin nəticəsidir. Dövlətimizin başçısının idmana xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq yarışlara uğurla ev sahibliyi edir, idmançılarımız ən mötəbər arenalarda üçrəngli Bayrağımızı yüksəldirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gəncə voleybol klubunun prezidenti Elvar Osmanov deyib.

Bildirib ki, son illərdə ölkəmizdə müasir idman infrastrukturunun yaradılması, Olimpiya idman komplekslərinin, stadionların və idman zallarının tikilib istifadəyə verilməsi regionlarda da idmanın kütləviləşməsinə geniş imkanlar açıb. Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində uşaq və gənclərin idmana cəlbi artıb, sağlam həyat tərzi cəmiyyətin prioritet istiqamətlərindən birinə çevrilib.

Klub rəsmisi qeyd edib ki, bu uğurlu siyasətin mühüm istiqamətlərindən biri də voleybolun inkişafıdır: “Azərbaycan voleybolu artıq beynəlxalq arenada öz sözünü deyən idman növlərindən biridir. Azərbaycan Voleybol Federasiyası tərəfindən həyata keçirilən məqsədyönlü proqramlar, peşəkar idarəçilik və sistemli yanaşma nəticəsində həm paytaxtda, həm də regionlarda bu idman növünə maraq xeyli artıb.

Hazırda bölgələrdə voleybolun inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib. Respublikamızın müxtəlif bölgələrində 8 regional voleybol klubu fəaliyyət göstərir. Bu klublar yalnız yarışlarda iştirak etməklə kifayətlənmir, eyni zamanda, uşaq və yeniyetmələr arasında seleksiya işini gücləndirir, istedadlı gənclərin aşkar olunaraq peşəkar səviyyəyə yüksəlməsi üçün sistemli hazırlıq prosesi həyata keçirir. Məqsəd bölgələrdə yetişən idmançıların gələcəkdə milli komandalarımızın əsas heyətini formalaşdırmasıdır.

Gənc oyunçuların hazırlanması istiqamətində görülən işlər artıq öz bəhrəsini verməkdədir. Regionlarda yaradılan maddi-texniki baza, müasir idman zalları və peşəkar məşqçi heyəti gənclərin düzgün istiqamətləndirilməsinə imkan yaradır. Bu, eyni zamanda, ölkə çempionatının rəqabət qabiliyyətinin artırılmasına da müsbət təsir göstərir.

2025–2026-cı il mövsümündə Azərbaycan çempionatında komandaların sayının ötən illə müqayisədə 9-a çatdırılması bunun bariz nümunəsidir. Çempionatın genişlənməsi həm idmançılar üçün daha çox oyun təcrübəsi, həm də azarkeşlər üçün daha maraqlı və gərgin mübarizə deməkdir.

Elvar Osmanov deyib ki, yeni mövsümdə bölgələri təmsil edən “Gəncə” və yeni debüt edən “Turan” klubları da Yüksək Liqada mübarizə aparır: “Bu, region voleybolunun inkişafının real göstəricisidir. “Gəncə” VK-nın prezidenti olaraq əminliklə deyə bilərəm ki, bölgələrdə voleybolun inkişafı yalnız idman uğuru deyil, həm də sosial layihədir. Bu, gənclərin asudə vaxtının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması və vətənpərvər ruhda formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bizim əsas məqsədimiz Gəncə və ətraf bölgələrdə voleybolu daha da kütləviləşdirmək, güclü infrastruktur yaratmaqdır.

Əminik ki, dövlətimizin idmana göstərdiyi davamlı dəstək, federasiyanın məqsədyönlü fəaliyyəti və region klublarının əzmkarlığı nəticəsində Azərbaycan voleybolu qarşıdakı illərdə daha böyük zirvələr fəth edəcək.

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini, məşqçiləri, idmançıları və azarkeşləri ürəkdən təbrik edir, hər kəsə möhkəm cansağlığı və yeni uğurlar arzulayıram. Sağlam cəmiyyət güclü dövlət deməkdir və biz bu yolda birgə addımlayırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Mart 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri