Icma.az
close
up
RU
Bədəndən gələn qoxular nəyə işarədir? İNANILMAZ 5 SƏBƏB

Bədəndən gələn qoxular nəyə işarədir? İNANILMAZ 5 SƏBƏB

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər bir insan bədəninin qoxusu var. Bu fərdidir və təbii qoxu adətən kəskin olmur. Məşqdən və ya soğan yedikdən sonra yaranan xoşagəlməz tər qoxusunun asanlıqla yox etmək olar.

Lakin pis qoxular bəzən hər hansı xəstəliyin əlaməti ola bilər.

Bəs orqanizmdə müəyyən neqativ dəyişikliklər nəticəsində əmələ gələn xoşagəlməz qoxudan necə qurtulaq?

Publika.az bu yazıda oxucuları bir neçə xəstəliyin əlaməti olan 5 bədən qoxusu ilə tanış edib.

1. Ağızdan gələn meyvə qoxusu diabet xəstəliyinin əlamətidir

“Ağız qoxularından necə xilas olmalı?” sualı çoxları üçün aktual mövzudur. Bəs bu qoxu turş meyvələrin dadına oxşayırsa? Tədbir görməyə dəyər!

Meyvə qoxusu diabetik ketoasidoz əlamətlərindən biri ola bilər. Ketoasidoz qanda keton səviyyəsinin, xüsusilə asetonun yüksək olduğundan xəbər verir. Bu, birinci tip diabet xəstəliyinə xasdır. Amma tip 2 diabetli xəstələrdə kifayət qədər insulin olmadığı üçün asetonun qanda artma riski ola bilər.

Bu, xəstənin həyatı üçün son dərəcə təhlükəli olan şəkər səviyyəsinin kəskin artmasına səbəb olur. Qanda yüksək asetonun olması vücudun kifayət qədər enerjiyə malik olmadığını göstərir və ehtiyatlarını artırmaq üçün parçalanan yağ turşularının biokimyəvi prosesi başlayır.

Bu, xoşagəlməz meyvə qoxusunun yaranmasına gətirib çıxarır. Bu qoxunu gigiyenik vasitələrlə aradan qaldırmağa çalışmayın, işə yaramayacaq. Xəstə insan başqası onu xəbərdar etməyənə qədər bu qoxunu özü hiss etməyə bilər.

Diabet xəstəliyi xoşagəlməz qoxu ilə bərabər digər simptomlarla müşayiət olunur: baş ağrısı, səbəbsiz susuzluq, sidik ifrazının artması, yorğunluq, bulanıq görmə, qarın ağrısı, iştahın itməsi və çəki itirmək.

Adətən xəstəlik vaxtında müalicə olmadıqda xoşagəlməz meyvə qoxusu təkcə nəfəslə hiss olunmur. Zamanla sidikdən və tərdən də asetonun qoxusu gəlməyə başlayır. Diabetik xəstə otağa daxil olan kimi uzaqdan xüsusi bir aroma hiss edilir. Hər hansı həkim belə bədən qoxusunun dərhal diabetin təhlükəli siqnalı olduğunu təyin edəcək.

Ağızda xüsusi meyvə qoxusu və diabetin xarakterik əlamətlərinə sahib olduğunuzu müşahidə etsəniz, dərhal həkimə müraciət edin. Müasir müalicə üsulları daha tez sağalmağa imkan verəcək və nəfəs qoxusunu bərpa etməyə kömək edəcək.

2. Xoşagəlməz ağız qoxusu gecə apnesinin əlamətidir

Gecə yatmazdan əvvəl dişlərinizi fırçalasanız da, səhər yuxudan duranda ağızdan xoşagəlməz qoxular hiss oluna bilər. Bu əlamətdən əziyyət çəkən insanlar xoşagəlməz qoxunu daha asan və tez yolla aradan qaldırmağa çalışır. Ancaq onlar bilmir ki, səhər saatlarında ağızda yaranan pis qoxu yuxu apnesinin əlaməti oa bilər. Bu, onu göstərir ki, onlar yuxuda nəfəsin qısa müddətli kəsilməsindən əziyyət çəkir.

Bu əlamətə əsasən insan yuxuda nəfəs almağı dayandırır. Nəfəs dayanması 10 və daha çox saniyə davam edə və gecə ərzində bir neçə dəfə təkrarlana bilər. Bütün gecə boyu nəfəs kəsilir və səhər yuxudan oyanan insan özünü əzgin, yorğun hiss edir və yuxudan doymur. Bu əlamətləri pis ağız qoxusu müşayiət edir. Ümumuyyətlə, belə adamlar gecələr xoruldayır və ağzı ilə nəfəs alır. Odur ki, ağızdan nəfəs almaq quruluğa və bakteriyaların böyüməsinə səbəb olur. Nəticə etibarı ilə ağızdan pis qoxular gəlməyə başlayır.

Soruşa bilərsiniz ki, belə ağız qoxusunu necə yox etmək olar. İlk növbədə səbəbini müəyyələnləşdirin. Yuxu apnesindən əziyyət çəkib çəkmədiyinizi öyrənin. Əks halda bu xəstəlik uzunmüddətli müalicə tələb edə bilər. Axı yuxuda nəfəs problemləri sadəcə əhval-ruhiyyinizə və məhsuldarlığa deyil, vaxt keçdikcə ürək və beyin fəaliyyətinin pozulmasına gətirib çıxara bilər.

Əgər səhərlər xoşagəlməz nəfəs qoxusu daimi simptoma çevrilibsə, həkimə müraciət etmək lazımdır. Bu, sağlamlıq problemlərinin olduğunu açıq şəkildə göstərir və o, yalnız yuxu apnesinin deyil, digər xəstəliklərin də təzahürüdür. Vaxtında diaqnoz həm xəstəliyi müalicə edəcək, həm də həyatınızı yaxşılaşdıracaq.

3. Xoşagəlməz ayaq qoxusu

Uzun qaçışdan və ya gəzintidən sonra ayaqqabıda yaranmış pis qoxunu necə aradan qaldıra bilərəm sualı sizi də narahat edirsə, pəncələrinizə diqqət edin. Bunun səbəbi ayaq göbələyi ola bilər. Qoxunu ayaq quruluğu, dəri üzərində və barmaqlar aralarında qızartı müşayiət edir.

Ayaq göbələyini müalicə etmədikdə, xəstəlik daha da ağırlaşır. Göbələk toxumalara zərər verir, bu da bakteriyaların dəriyə daha dərindən nüfuz etməsinə kömək edir.

Bənzər simptomlar varsa, onu görməzdən gəlməyin. Bu gün tibb xəstəliyin müalicəsi və xoşagəlməz bir qoxunu aradan qaldırmaq üçün geniş vasitələr təklif edir. Lakin seçilmiş vasitənin müvəqqəti istifadəsindən sonra heç bir təsiri olmadığını görürsünüzsə, həkimə müraciət etmək lazımdır. Həmçinin xəstəliyə qarşı qoruyucu tədbirlər görün və gigiyenik qaydalara əməl edin.

4. Xoşagəlməz sidik qoxusu sidik yolu infeksiyasının əlamətidir

Sidik yolu infeksiyaları xüsusi kəskin qoxuya səbəb olur. Bakteriyalar sidik borusuna daxil olur və orada çoxalır. Demək lazımdır ki, sidik borusu qadınlarda daha qısa olduğu üçün bu problem onlarda daha çox rast gəlinir. Bu, bakteriyaların tez bir zamanda kisəyə daxil olmasına imkan verir. Bu baxımdan, kişilər tez-tez belə bir simptomu hiss etmir və xəstəlik olduqca irəlilədiyi zaman tibbi müalicəyə müraciət edirlər. Sidik borusundakı bakteriyalar tez-tez sidik kisəsi iltihabına səbəb olur.

Vaxtında müalicə olmadıqda təhlükəli infeksiya böyrəklərə nüfuz edə və onların iltihabına səbəb ola bilər. Əvvəlcə xəstəlik özünü kəskin şəkildə göstərir və vaxtında tibbi müalicə olmadıqda xroniki formaya çevrilir.

Unutmaq olmaz ki, kəskin sidik qoxusu ciddi xəstəliklərin də əlaməti ola bilər. Bəziləri təcili cərrahi müdaxiləsi tələb edir. Odur ki, bu problem sizdə müşahidə olunursa, dəral həkimə müracitə edin.

5. Fekal qoxusu laktoza intoleransı simptomlarıdır

Süd məhsullarında kiçik bağırsaqda həzm olunan laktoz var və bu formada bağırsaq divarından qana daxil olur. Ancaq bəzi kəslərdə bu proses pozulur və laktoz böyük bağırsağa daxil olur. Bu, daha çox ürəkbulanma, ishal, qusma və kəskin nəcis qoxusuna səbəb olur.

Bu cür simptomlar laktoz dözülməzliyini göstərir. Dünya əhalisinin təxminən 65% -i süd məhsullarından istifadə edərkən həzm problemləri ilə qarşılaşır. Ancaq bəziləri üçün, hətta kiçik miqdarda süd dözümsüzlük yarada bilər, digərlərində isə əhəmiyyətli porsiyaların istifadəsi vaxtı simptomlar zəif görünür.

Odur ki, əgər süd məhsulları sizdə xoş olmayan qazlar və nəcis qoxusu yaradırsa, istifadəsinə diqqət etməyə dəyər. Belə simptomlar digər xəstəliklər üçün də xarakterikdir. Peşəkar mütəxəssislə əlaqə saxlayın! Bundan əlavə, həkim tərkibində laktoza olan məhsulları qida rasionundan tamamilə çıxartmağı və ya gündə müəyyən miqdarda istifadəsinə icavə verəcək.

Bu, xoşagəlməz qaz və nəcis qoxusu problemini həll etməyə kömək edəcək. Laktoz dözümsüzlüyünün vaxtında müalicəsi həyatınızı əhəmiyyətli dərəcədə asanlaşdıracaq və istənməyən simptomlardan xilas edəcək.

Hər bir insanın özünəməxsus bədən qoxusu var. Təbii qoxu başqalarında narahatlıq yaramır və demək olar ki, hiss olunmur. Xoşagəlməz qoxunu aradan qaldırmaq üçün gigiyenik vasitələrdən istifadə etmək çətin deyil. Ancaq bəzi spisefik qoxular sağlamlıq problemləri haqqında çox şey danışır. Və xoşagəlməz bədən qoxusundan xilas olmaq yolu tibbi müdaxilə və vaxtında müalicədən keçə bilər. Odur ki, sadalanan beş xüsusi bədən qoxusuna biganə qalmayın.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri