Icma.az
close
up
RU
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” Qətlin açdığı dəhşətli FAKTLAR

“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” Qətlin açdığı dəhşətli FAKTLAR

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kürəkənini öldürməkdə təqsirləndirilən 50 yaşlı Tayır Tayırovun cinayət işinin təfərrüatı məlum olub.

Mərhumun arvadına amansız işgəncələr verdiyi məlum olub.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, hadisə ötən il yanvarında baş verib. 1989-cu il təvəllüdlü Elvin Ələkbərov Saray qəsəbəsi ərazisində Tayır Tayırov tərəfindən qətlə yetirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub.

Elvin təqsirləndirilən Tayır Tayırovun kürəkəni olub. Hadisənin baş verməsinə səbəb isə mərhum Elvinin arvadını tez-tez döyməsi, ona işgəncələr verməsi olub.

T.Tayırov ifadəsində deyib ki, hadisə günü yas mərasimində olan zaman qızı ona zəng vuraraq yenə də Elvin tərəfindən döyüldüyünü deyib:

“Qulağı qan içində idi. Başını divara vurmuşdu. Qızım evdən qaçıb məhəllədəki mağazada gizlənmişdi. Qızım uşağını da özü ilə götürmüşdü. Evə gələndə qızımın vəziyyətinin yaxşı olmadığını görüb həkimə apardıq. Həkimlər beyninin silkələndiyini dedilər”.

Onun sözlərinə görə qızını həkimə aparan zaman kürəkəni Elvin ona bir neçə dəfə zəng etsə də cavab verməyib: “Xəstəxanaya gələcəyini düşünüb zənglərə cavab vermədim. Sonra yenə zəng edəndə açdım və evə getdiyimi dedim. Qızımla yoldaşım isə xəstəxanada qaldılar. Həyətə çatanda gördüm ki, Elvinin maşını oradadır. Bir az sonra da özü gəldi. Söyüş söyməyə başladı. Mübahisə edəndə Elvin bıçağın arxa tərəfi ilə başımdan vurdu. Sonra da üzərimə gəldi. Onun əlindən bıçağı almağa çalışırdım. O da məni təpikləyirdi. Elvin qapının dəstəyinə ilişdi. Onu necə vurduğumu bilmirəm”.

Tayır Tayırovun sözlərinə görə qızının əri ilə münasibətlərnin yaxşı olmadığını bilib, amma onun işgəncələrə məruz qalmasından xəbərsiz olub:

“Qızımın o dərəcədə döyüldüyünü bilmirdim. Elvin söz eşidən adam olmadığı üçün onunla bu barədə söhbət etmirdim”.

Elvini qızının qisasını almaq məqsədi ilə öldürməsi fikirləri ilə razı olamayan Tayır Tayırov bildirib ki, hadisədən əvvəl qudasına “Elvin bizə gəlsə, onu öldürəcəm” deməyib.

Mərhumun qardaşı iş üzrə hüquqi varis kimi tanınıb. Hüquqi varis əvvəlcə Tayır Tayırovu bağışlamadığını, ona ağır cəza verilməsini istəyib. Lakin məhkəmə istintaqının sonunda zərərçəkmiş tərəf Tayır Tayırovu bağışladığını, şikayətçi olmadığını bildirib.

İş üzrə mərhumun arvadı, Tayır Tayırovun qızı şahid qismində dindirilib. O, mərhum əri tərəfindən məruz qaldığı dəhşətli işgəncələr barədə danışıb.

Onun dediyinə görə əri onu direllə də deşibmiş:

“Evləndiyimiz ilk gündən məni söyür, döyür, əziyyət edirdi. Elvin işdən çıxarıldıqdan sonra əsəbləri tamamilə pozuldu.

Bir dəfə Elvin pomidor-xiyar istəyəndə doğrayıb süfrəyə qoydum. Az olduğu üçün Elvin əsəbiləşib bıçaqla mənə dəfələrlə vurdu. Elvinin mənə zor tətbiq etməsi ilə bağlı şəkillər və sübutlar var. Elvin məni drellə də deşmişdi. Burnumu, barmağımı da qırmışdı. İndi əlimlə nəsə götürəndə barmağım tutmur. 40 günlük uşağım ayağımda yatıranda da məni döyüb. Məni qul əvəzi işlədirdi. Başımda 8 yerdə çapıqlar var. Başımdakı xəsarətləri körpə uşağım təmizləyib, qanını silib.

Qayınanam, qayınatam tapşırmışdı ki, Elvin əsəbiləşən zaman onun gözünə görünməyim. Hadisə günü Elvin yenə aqressiv idi. Sırğama irad bildirdi. Həmin sırğanı ad günümdə Elvinin bacısı hədiyyə etmişdi. Sırğamı çıxarmağımı istədi. Əllərim ətli olduğunu, yeməkdən sonra çıxaracağımı dedim. Elvin “sən mənimlə oyun oynayırsan” deyib çənəmə yumruq vurdu. Qaçmaq istəyəndə yerə yıxıldım. Məni təpikləməyə başladı. Uşağım qaça-qaça kömək etməyə gəldi. Elvin saçımdan tutub başımı şkafa vurmağa başladı. Qulağımdan qan açıldı. Elvin idmançı olduğu üçün haradan vuracağını yaxşı bilirdi”.

Qadın deyib ki, ərindən qorxduğu üçün ondan şikayət edə bilmirmiş. Onun sözlərindən məlum olub ki, hadisə günü halsız olduğu üçün nə edəcəyini bilməyib. Uşağının babasına məlumat vermək ağlına gəlib və qonşudakı mağazada işləyən qadının telefonundan zəng edib.

Onun ifadəsindən məlum olub ki, hər dəfə döyüləndən sonra işgəncələrini foto və video ilə lentə alırmış ki, başına iş gələndə sübut kimi təqdim etsin.

Mərhumun anası isə ifadəsində deyib ki, oğlunun psixoloji problemləri olmayıb. Onun sözlərinə görə oğlu çox qısqanc olub.

Mərhumun uşağı da məhkəmədə şahid qismində dindirilib. Bildirib ki, atası onu döyməsə də anasını tez-tez döyüb, işgəncələr verirmiş:

“Anamı səbəbsiz yerə dəhşətli dərəcədə döyürdü. Mətbəxdə sürüyürdü. Babam, nənəm bunları bilirdi, amma heç nə edə bilmirdi. Anamı nənəmin gözünün qarşısında da döyürdü. Nənəm baxırdı, amma heç nə etmirdi. Mən də baxırdım, amma qorxudan heç nə edə bilmirdim”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tayır Tayırov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see225

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see183

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see174

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see164

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see162

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see155

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see148

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see142

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see140

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see139

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see134

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri