Bedri Meriç: “Sonadək döyüşdük, amma bura qədər imiş”
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Şəki” Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsində “Abşeron Lions”a hər iki oyunda məğlub olaraq mübarizəni dayandırıb.
İdman.Biz “Şəki”nin baş məşqçisi Bedri Meriçin matçdan sonra səsləndirdiyi fikirləri təqdim edir.
“Rəqibimizi qələbəyə görə təbrik edirəm, onlara digər matçlarda uğurlar arzulayıram. Bugünkü matç əslində bizim üçün bütün mövsümün icmalı kimi idi. Yaxşı basketbol oynadıq, yaxşı mübarizə apardıq, amma sonluğa gücümüz çatmadı. Bu mövsüm hər şey bizim üçün belə oldu. Sonunadək döyüşdük, pley-off hədəfimizə çatdıq, amma bura qədər imiş. Yaxşılar ayaqda ölər. Biz bu cür sonuna qədər əlimizdən gələni etdik. Bu mövsüm bütün zəhmətləri üçün oyunçularımın hər biri ilə fəxr edirəm və onlara minnətdaram. 2 il burada olduğum müddətdə sonadək yanımda olub, zəhmət çəkən bütün komanda heyətinin hər birinə ayrılıqda ürəkdən təşəkkür edirəm. Bundan başqa, Azərbaycan Basketbol Federasyonuna bu mövsüm bizlərə göstərdiyi bütün dəstək üçün minnətdaram”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Aprel 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















