BƏƏ Almaniyaya əlavə 40 milyard avro sərmayə qoyacaq
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniyaya əlavə 40 milyard avro sərmayə yatıracaq. Bu barədə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə Almaniya Kansleri Fridrix Mertsin Berlində keçirilən görüşündən sonra yayımlanan birgə bəyanatda bildirilib.
Banco.az xəbər verir ki,birgə bəyanata əsasən, BƏƏ Almaniyaya əlavə 40 milyard avro sərmayə yatıracaq.
İnvestisiyaların əsasən sənaye, qabaqcıl texnologiyalar, süni intellekt, rəqəmsal infrastruktur və enerji sektorlarını əhatə edəcəyi bildirilib.
Hər iki ölkə həmçinin süni intellekt və yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi, bilik mübadiləsi, investisiyalar, elmi tədqiqatlar və birgə inkişaf layihələrinin təşviqi ilə bağlı öhdəliklərini bir daha təsdiqləyib.
Bəyanatda Almaniya və BƏƏ arasında dövlət və özəl sektor investisiyalarının əlaqələndirilməsi məqsədilə Almaniya-BƏƏ İnvestisiya Şurasının yaradılması ilə bağlı Birgə Niyyət Məktubunun imzalandığı da bildirilib.
Bununla yanaşı, iki ölkənin şirkətləri arasında ümumi dəyəri 9,3 milyard avrodan çox olan 29 anlaşma memorandumu və müqavilə imzalanıb.
Tərəflər aviasiya sahəsində də yeni razılaşma əldə ediblər. Razılaşmaya əsasən, BƏƏ-nin Emirates aviaşirkəti Berlin Brandenburg Hava Limanından da istifadə edə biləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 11 Sentyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















