Icma.az
close
up
RU
BƏƏ BMT yə 550 milyon dollar ayırdı

BƏƏ BMT yə 550 milyon dollar ayırdı

Icma.az bildirir, Milli.az portalına istinadən.

Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişlərinə uyğun olaraq, Əmirliklər BMT-nin Qlobal Humanitar Baxış (Global Humanitarian Overview - GHO) proqramına 550 milyon ABŞ dolları həcmində böyük maliyyə öhdəliyi elan edib. 
Proqram 2026-cı ildə 23 humanitar əməliyyat çərçivəsində 135 milyon insana yardım etmək üçün ümumilikdə 33 milyard dollar toplamağı hədəfləyir. Buraya qaçqınlara və miqrantlara dəstək proqramları da daxildir.
Humanitar missiyanın məqsədi təcili yardıma ehtiyacı olan 87 milyon insanın həyatını qorumaq üçün 23 milyard dollarlıq maliyyənin təmin edilməsidir.
Bu təşəbbüs BƏƏ-nin humanitar sahədə beynəlxalq səylərin gücləndirilməsi, qlobal miqyasda fəlakətlərdən və böhranlardan zərər çəkən ən həssas icmalara yardım göstərilməsinə sarsılmaz öhdəliyini bir daha təsdiqləyir.
Eyni zamanda bu dəstək BƏƏ-nin çoxtərəfli humanitar fəaliyyətin təşviqində aparıcı rolunu vurğulayır və ölkənin BMT qurumları, xüsusilə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) ilə sıx əməkdaşlığını əks etdirir. Bu əməkdaşlıq sayəsində yardım ən çox ehtiyacı olan insanlara vaxtında çatdırılır və Şeyx Məhəmməd bin Zayedin "sürətli və effektiv humanitar reaksiya" prinsipi yerinə yetirilir.
Mövzu ilə açıqlama verən BƏƏ-nin Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri Reem bint İbrahim Al Həşimi bildirib ki, ölkəsi qlobal humanitar səylərə dəstəyini davam etdirir və BMT tərəfdaşlarımızla birlikdə ən çox zərər görən icmalara yardımın əlçatan olmasını təmin edir. 
"Bu maliyyə öhdəliyi Əlahazrət Şeyx Məhəmməd bin Zayedin direktivlərini əks etdirir və insanların  həyatlarının qorunması və xilas edilməsi üçün beynəlxalq həmrəyliyin vacibliyinə olan dərin inamımızı nümayiş etdirir."-deyə o bildirib.
BMT-nin Humanitar İşlər üzrə Baş katibinin müavini və OCHA rəhbəri Tom Fletcher hesab edir ki,BƏƏ-nin sürətli dəstəyi tam zamanında edilib. 

" Bu fəstək 2026 planımız üçün güclü ən çoxtəkandır. Biz bu çağırışa innovativ və effektiv şəkildə cavab verməliyik."-deyə o qeyd edib.

Ümümüdünya Səhiyyə Təşkilatının Baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus da Şeyx Məhəmməd bin Zayedə və BƏƏ yə təşəkkür edib.

"Sağlamlıq sistemlərinin çökməsinin siqnalları çox erkən görünür. Epidemiyalar yayılır, qida çatışmazlığı artır, qarşısı alına bilinməyə ölümlər çoxalır. Birlikdə hərəkət etdikdə həyatları xilas etmək mümkündür. Mən Əlahazrət Şeyx Məhəmməd bin Zayedə və BƏƏ-tə bu kritik dəstəyə görə təşəkkür edirəm"-deyə o  bildirib.
UNICEF-in İcraçı direktoru Ketrin Rassel isə bildirib ki, BƏƏ-nin səxavətli dəstəyi humanitar böhranlarda uşaqların həyatının xilas edilməsinə mühüm töhfə verəcək. "Ehtiyaclar sürətlə artsa da, maliyyə azalır belə bir anda BƏƏ-nin strateji tərəfdaşlığı həlledicidir." - deyə o vurğulayıb.
BMT Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi,bildirib ki, BMT BƏƏ-nin humanitar fəaliyyətə güclü sadiqliyini yüksək qiymətləndirir. 
"Maliyyə çatışmazlığı ən həssas məcburi köçkün qrupları üçün ciddi risk yaradır, lakin BƏƏ kimi ölkələrin dəstəyi UNHCR-in imkanlarını genişləndirir."-deyə Qrandi deyib. 
BMT Dünya Ərzaq Proqramı (WFP) rəhbəri də xusi ilaraq vurğulayəb ki, BƏƏ-nin bu səxavətli öhdəliyi milyonlarla insanın təcili ərzaq yardımına çıxışını təmin etmək üçün həyati əhəmiyyət daşıyır.
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri