BƏƏ də fövqəladə vəziyyət elan edildi
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə vəziyyət elan olunub.
“Cebheinfo.az” BƏƏ mediasına istinadən xəbər verir ki, ölkə rəhbərliyi İranın raket və dron hücumları təhlükəsinə görə ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Ölkənin Daxili İşlər Nazirliyi artıq gücləndirilmiş iş rejiminə keçib.
Nazirlik sakinlərə raket və dron hücumları zamanı dərhal ən yaxın təhlükəsiz yerlərə sığınmaqla bağlı təlimat verib. Əhaliyə pəncərələrdən, qapılardan və açıq ərazilərdən uzaq durmaq tövsiyə olunub.
Qeyd edək k fövqəladə vəziyyət BƏƏ Müdafiə Nazirliyi tərəfindən İranın raket və dron hücumları təhlükəsinə qarşı müdafiə tədbirlərinin elan edilməsindən təxminən bir gün sonra elan olunub.
Rəsmi məlumatda qeyd olunur ki, ölkənin hava hücumundan müdafiə sistemləri İran istiqamətindən atıldığı bildirilən 6 raket və 131 dronu zərərsizləşdirib.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:209
Bu xəbər 06 Mart 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















