BƏƏ də təxribatlar törətməyi planlaşdıran terror təşkilatı ifşa edilib
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ölkədaxili sabitliyi pozmağı planlaşdıran terrorçu təşkilat ifşa edilib. Təşkilatın üzvləri saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BƏƏ Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında bildirilir.
Aparılan istintaq əməlləri nəticəsində təşkilat üzvlərinin xarici qüvvələrlə əlaqəli olduqları müəyyən edilib. Qeyd olunub ki, qrup üzvləri radikal ideologiyaları mənimsəyərək ölkənin daxili təhlükəsizliyinə təhdid yaradıblar, gizli və koordinasiyalı görüşlər vasitəsilə yeni üzvlərin cəlb edilməsi və şəbəkənin genişləndirilməsi ilə məşğul olublar.
Bəyanatda vurğulanır ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin ölkə daxilində və xaricdə görüşlər keçirdiyi, şübhəli təşkilat və şəxslərlə əlaqə saxladığı müəyyən olunub. Onların məqsədi gənclər arasında yanlış ideyalar yaymaq, xarici maraqlara xidmət edən fəaliyyətlərə cəlb olunmaq və dövlət siyasətinə qarşı təbliğat aparmaq olub.
İstintaq materiallarına əsasən, təşkilat üzvlərinin qeyri-rəsmi yollarla maliyyə vəsaitləri topladıqları və bu vəsaitləri xaricdəki şübhəli qurumlara yönləndirdikləri də üzə çıxıb. Bununla yanaşı, onların həssas obyektlərə çıxış əldə etməyə cəhd göstərdikləri bildirilir.
Saxlanılan şəxslərə qarşı gizli təşkilat yaratmaq və idarə etmək, dövlət təhlükəsizliyinə təhdid yaradan əməllər planlaşdırmaq, xarici qüvvələrə sadiqlik andı içmək, milli birlik və ictimai sabitliyə xələl gətirmək kimi ittihamlar irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Aprel 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















