BƏƏ hava məkanı qismən bağlı qalacaq Məhdudiyyətlər uzadıldı
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
BƏƏ hava məkanında məhdudiyyətlər uzadılıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda tətbiq olunan məhdudiyyətlər ən azı 27 aprelədək qüvvədə qalacaq.
Məlumata görə, BƏƏ hava məkanı bazar ertəsi gününə qədər qismən bağlı olacaq və uçuşlar üçün məhdud sayda marşrutlar fəaliyyət göstərəcək.
Qeyd olunub ki, yerli hava limanlarına və hava limanlarından uçuşlar üçün yalnız altı dəhliz açıq saxlanılıb, Qətər istiqamətində uçuşlar üçün isə əlavə iki marşrut müəyyən edilib.
Mənbə həmçinin bildirib ki, BƏƏ aviasiya hakimiyyəti xarici aviaşirkətlərə potensial risklərlə bağlı xəbərdarlıq edib və uçuşlar üçün əvvəlcədən risk qiymətləndirilməsi təqdim olunmasını tələb edir.
Bu prosedurun mayın 7-dək qüvvədə qalacağı gözlənilir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Aprel 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















