Icma.az
close
up
RU
BƏƏ İrana 3 milyard dollar və 2 ton qızıl göndərib

BƏƏ İrana 3 milyard dollar və 2 ton qızıl göndərib

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranın hücumları dayandırması müqabilində Tehrana 10-20 milyard dollar arasında vəsait ayırmağa razılaşdığı, ilk 3 milyard dolların isə artıq İrana köçürüldüyü iddia edilir.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" dörd mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinin məlumatına görə, söhbət həm BƏƏ-nin öz vəsaitlərindən, həm də uzun müddətdir Əmirliklərin bank sistemində dondurulmuş İran aktivlərindən gedə bilər.

İddialara əsasən, razılaşmanın əsas şərti İranın BƏƏ ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumları dayandırmasıdır. Bunun qarşılığında tərəflərin ikitərəfli əməkdaşlığı, o cümlədən kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi əlaqələri bərpa etməsi nəzərdə tutulur.

"Reuters"ə danışan mənbələrdən biri bildirib ki, vəsaitin ayrılması qarşılığında İran BƏƏ-yə qarşı raket və dron hücumlarını dayandıracaq, iki ölkə arasında kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi əməkdaşlıq da daxil olmaqla ikitərəfli əlaqələr bərpa olunacaq.

Bununla yanaşı, BƏƏ rəsmiləri gərginliyin azaldılmasında maraqlı olduqlarını təsdiqləyiblər. Rəsmi Əbu-Dabi xarici siyasətinin əsas məqsədlərindən birinin gərginliyin azaldılması və sülhün təşviqi olduğunu bildirib.

Lakin "Reuters"in məlumatından sonra BƏƏ Xarici İşlər Nazirliyi xəbəri rəsmi şəkildə təkzib edib.

Nazirlik İranla bağlı belə bir maliyyə razılaşmasının əldə olunması barədə məlumatları “tamamilə yalan və əsassız” adlandırıb.

Buna baxmayaraq, "Reuters"in mənbələri verdikləri məlumatların doğru olduğunu bildirirlər.

Agentliyin məlumatına görə, Tehran oxşar razılaşma təklifini ən azı daha iki Fars körfəzi ölkəsinə də çatdırıb.
"Reuters"in əlavə mənbələrinə görə, BƏƏ İrana bir neçə milyard dollar həcmində dondurulmuş aktivləri açaraq köçürmə edib. Həmçinin 283 milyon dollar dəyərində 2 ton qızılın da İrana göndərildiyi iddia olunur.

Məlumata əsasən, bu addımlar Tehranın mümkün hücumlarından qorunmaq məqsədi daşıyıb.

İddia olunan qiymətli yükün BƏƏ-də yerləşən RoyalJetaviaşirkətinə məxsus “Boeing 737-7KK” təyyarəsi ilə İrana çatdırıldığı bildirilir. Təyyarənin qeydiyyat nömrəsi A6-RJA olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Avqust 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri