Icma.az
close
up
RU
BƏƏ İrana qarşı qeyri müəyyən müddətə ticarət embarqosu tətbiq edib

BƏƏ İrana qarşı qeyri müəyyən müddətə ticarət embarqosu tətbiq edib

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran qüvvələrinin ölkəyə iki ballistik raket atdığını iddia edərək Tehrana qarşı qeyri-müəyyən müddətə ticarət embarqosu tətbiq edib. İran isə bu ittihamları rədd edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, BƏƏ Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı açıqlamada qərarın “regionda sülh və təhlükəsizliyi təhdid edən eskalasiyalar” fonunda qəbul edildiyi bildirilib.

Nazirlik qeyd edib ki, İranla bütün ticarət əlaqələri, kommersiya mübadiləsi və maliyyə əməliyyatları növbəti bildirişədək dayandırılıb.

Qərardan əvvəl BƏƏ Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan buraxılan iki ballistik raket aşkar etdiyini açıqlamışdı. Nazirliyin məlumatına görə, raketlərdən biri BƏƏ-nin ərazi sularından kənara düşüb, digəri isə ölkənin ərazi sularına enib.

BƏƏ Müdafiə Nazirliyi sonrakı açıqlamasında raketlərin dəniz nəqliyyatını hədəfə aldığını bildirib və ölkənin təhlükəsizliyinə və regionda dəniz naviqasiyasına qarşı istənilən cəhdin qətiyyətlə qarşısının alınacağını vurğulayıb.

Tehran ittihamları rədd edir

İran Xarici İşlər Nazirliyi BƏƏ-nin ittihamlarını “əsassız” adlandırıb.

Nazirliyin sözçüsü İsmayıl Bəqai hadisənin “saxta bayraq əməliyyatı” ola biləcəyini bildirib. O, BƏƏ-nin açıqlamasının mehriban qonşuluq prinsipinə zidd olduğunu deyərək region ölkələrini Tehran əleyhinə əsassız iddialardan uzaq durmağa çağırıb.

Bəqai həmçinin bildirib ki, hadisəyə obyektiv qiymət verilərkən ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi “zərərli fəaliyyətlər” də nəzərə alınmalıdır.

Embarqo İran iqtisadiyyatına ciddi təsir göstərə bilər

BƏƏ-nin qərarı ABŞ-İran müharibəsi fonunda və Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadası şəraitində qəbul olunub. Al Jazeera-nın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi təzyiqdən daha çox iqtisadi təzyiqə üstünlük verməyə başlayıb.

ABŞ-ın keçmiş dövlət katibinin köməkçisi və istefada olan general Mark Kimmitt hesab edir ki, BƏƏ-nin ticarət embarqosu İran iqtisadiyyatına Vaşinqtonun tətbiq etdiyi bəzi məhdudiyyətlərdən belə daha ciddi təsir göstərə bilər.

Onun sözlərinə görə, Dubay uzun müddətdir İranın ən mühüm ticarət tərəfdaşlarından biridir və İranın idxalının təxminən üçdə biri Dubay üzərindən həyata keçirilir.

BƏƏ martın əvvəlində, müharibənin başlamasından bir neçə gün sonra İranla birbaşa yük daşımalarını dayandırmış, iyunun sonunda isə Dubayın Cəbəl Əli limanı vasitəsilə ticarət əlaqələri qismən bərpa edilmişdi.

Kimmitt bildirib ki, BƏƏ-nin embarqosu yalnız fiziki malların ticarətinə deyil, həm də maliyyə əməliyyatlarına ciddi təsir göstərə bilər. Dubay uzun illər İranın beynəlxalq sanksiyaları aşaraq maliyyə vəsaitlərini hərəkət etdirməsində mühüm mərkəzlərdən biri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Avqust 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see555

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see523

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see365

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see269

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see268

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see243

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see243

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see236

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see233

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see230

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see210

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see208

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see202

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see202

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see201

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see199

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see197

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri