BƏƏ nin neft obyektlərindəki yanğınlar ABŞ nin səhvinin nəticəsidir İran
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft obyektlərində baş verən yanğınlar bəzi gəmilərin Hörmüz boğazından keçməsini təmin etmək istəyən ABŞ-nin səhvinin birbaşa nəticəsidir".
Bakupost.az xəbər verir ki, bu barədə İranın "NourNews2 xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İran BƏƏ-dəki obyektlərə heç bir hücum planlaşdırmamışdı və baş verənlər Tehranın qadağan etdiyi Hörmüz boğazından gəmilərin qanunsuz keçidi üçün şərait yaratmağa çalışan Amerika ordusunun uğursuzluqlarının nəticəsidir.
BƏƏ hakimiyyəti daha əvvəl Fuceyra əmirliyindəki neft kompleksinə pilotsuz təyyarə hücumunun böyük yanğına səbəb olduğunu və üç Hindistan vətəndaşının yaralandığını bildirmişdi. BƏƏ Xarici İşlər Nazirliyi İranın mülki hədəflərə qarşı yeni hücumlarını pisləyib və Əbu-Dabinin qisas almaq üçün qanuni hüququnu özündə saxladığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 May 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















