Icma.az
close
up
RU
BƏƏ prezidentinin səfəri hər iki ölkə üçün faydalı imkanlar yaradacaq

BƏƏ prezidentinin səfəri hər iki ölkə üçün faydalı imkanlar yaradacaq

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


16 Sentyabr 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed əl Nahyan Azərbaycana rəsmi səfər edib. Səfərin çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Şuşa şəhərində keçirilən görüş keçirilib. Bu görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın daha da gücləndirilməsi üçün bir sıra sənədlər imzalanıb.
Səfərin Şuşada baş tutması xüsusi simvolik əhəmiyyət daşıyır. Çünki Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və BƏƏ prezidentinin burada görüş keçirməsi Qarabağın bərpasına beynəlxalq diqqətin artdığını göstərir. Bu həm də Azərbaycanın bölgədəki mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
Görüşün mümkün təsirlərinə gəldikdə isə fikrimcə bu müxtəlif sahələrdə özünü göstərə bilər. İlk növbədə siyasi əlaqələr daha da möhkəmlənəcək və iki ölkə arasında qarşılıqlı etimad artacaq. Eyni zamanda, BƏƏ-nin Azərbaycana yatırım etmək, xüsusilə neft-qaz sektorunda və nəqliyyat infrastrukturu sahəsində, ölkəyə xeyli maliyyə daxil etmə potensialı var. Bu da o deməkdir ki, BƏƏ-dən Azərbaycana iri həcmli investisiyaların gəlməsi gözlənilir ki, bu da yeni iş yerlərinin açılması, iqtisadiyyatın inkişafı və digər bir sıra layihələrinin sürətlənməsi deməkdir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycanın tranzit imkanlarını genişləndirərək ölkəni daha önəmli ticarət mərkəzinə çevirə bilər.
Bununla yanaşı, belə səfərlər regional sabitliyin möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməsinə və Qarabağın bərpasına əlavə dəstəyin göstərilməsinə yardımçı ola bilər. Ümumilikdə isə fikrimcə BƏƏ prezidentinin səfəri Azərbaycan–BƏƏ münasibətlərini yeni mərhələyə daşıyaraq hər iki ölkə üçün faydalı imkanlar yaradacaq.
Dürdanə Qaraşova
Newscenter.az üçün
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri