Icma.az
close
up
RU
BƏƏ Prezidentinin səfərinin Qarabağda baş tutması özlüyündə önəmli rəmzi məna daşıyır

BƏƏ Prezidentinin səfərinin Qarabağda baş tutması özlüyündə önəmli rəmzi məna daşıyır

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev həmkarını Qarabağda qarşılayıb və Şuşada təkbətək, çoxtərəfli görüşlər keçirilib, sənədlər imzalanıb.

BƏƏ Prezidentinin ölkəmizə səfəri haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri və iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamənin və daha 15 sənədin imzalanması Bakı və Əbu-Dabi arasında münasibətlərdə yeni mərhələ hesab olunmalıdır:

"Məlumdur ki, bu, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri liderləri arasında il ərzində 3-cü görüşdür və budəfəki təmasların Qarabağda baş tutması özlüyündə önəmli rəmzi məna daşıyır. Bu, eyni zamanda Azərbaycanın bölgədə hərbi-siyasi yolla yaratdığı yeni reallığın və ümumilikdə region üçün yaranan tarixi sülh imkanlarına ərəb dünyasının və bütövlükdə beynəlxalq münasibətlər sisteminin önəmli subyekti olan Birləşmiş Ərəb Əmirliklərinin açıq dəstəyi deməkdir. Digər tərəfdən, cari əməkdaşlıq bütövlükdə region üçün ciddi siyasi və iqtisadi hadisədir. Aparılan müzakirələr və imzalanan sənədlər göstərir ki, Birləşmiş Ərəb Əmirlikləri regiona əlverişli investisiya mühiti kimi baxır və Azərbaycanla hərtərəfli strateji əməkdaşlığı özünün regionda maraqlarının bərabərhüquqlu əsaslarla təmini üsulu kimi görür".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Sentyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri