Bəhlul Çin klubuna keçməkdən imtina etdi
Modern.az saytına istinadən Icma.az xəbər verir.
“Bəhlulla danışdım, dedi ki, onun indi Çin klubun düşərgəsinə qatılmasını tələb ediblər. Çempionat martda başlasa da, hazırlıq mərhələsinə qatılması və transfer pəncərəsinin bağlanması səbəbindən bu addımı atıblar. 2+1 illik müqavilə təklif olunub. Lakin Bəhlul son anda imtina edib”.
Modern.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev deyib.
O, 29 yaşlı müdafiəçinin Çinin “Şençjen Penq Siti” klubuna transferinin baş tutmamasına aydınlıq gətirib. Ələmdar Mustafayevin sözlərinə görə, qərar futbolçunun özü tərəfindən verilib və klubun təsiri olmayıb:
“Deyib ki, komandanın qarşıda iki vacib oyunu və sıx qrafiki var. Bu şəraitdə, çətin vəziyyətdə “Qarabağ”ı tərk etmək istəməyib. Qarşı tərəf isə “indi gəlsin” deyib. Nəticədə Bəhlul özü‘“Qarabağ”da qalmaq qərarını verib”.
Mustafayev Çindən başqa təkliflərin də olduğunu bildirib: “Digər klublardan da müraciətlər vardı. Asiyadansa Avropaya getməsini daha məqsədəuyğun hesab edirəm. Çünki futbolun mərkəzi oradır. Amma elə klub olmalıdır ki, avrokuboklarda mübarizə aparsın. Bu imkanı əvvəllər də olub, lakin yararlanmamışdı. “Qarabağ” da onun getməsini istəməyib. Qərarına hörmət edirəm, amma qalmasını istəyirdim” (futbolinfo.az).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 09 Fevral 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















