Bəhlul Mustafazadə: “Ümid edirəm ki, yaxşı oyunla qələbə qazana biləcəyik”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Rəqib güclüdür, onlara qarşı layiqli mübarizə aparmağa çalışacağıq”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Macarıstan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
O bildirib ki, sabahkı görüş Latviya ilə qarşılaşmadakı (0:0) nəticə psixoloji baxımdan o qədər də təsir etməyəcək: “Biz hazır olmağa məcuruq. Görüş Bakıda olacağından şanslar 50/50-yədir. Ümid edirəm ki, yaxşı oyunla qələbə qazana biləcəyik. Əlimizdən gələni edəcəyik ki, baş məşqçi Fernandu Santuşun tapşırıqlarını yerinə yetirək”.
Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 İyun 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















