Bəhlul və Nərimanın gedişi ilə bağlı qeyri müəyyənlik
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son günlər “Qarabağ”ın iki futbolçusunun klubdan ayrılacağı bildirilir.
Ölkə.Az xəbər verir ki, söhbət Bəhlul Mustafazadə və Nəriman Axundzadədən gedir.
“Atlılar”ın müdafiəçisi haqqında ilk məlumat “Ayntraxt”la qarşılaşmadan sonra ortaya çıxdı.
Onun Çin klubu ilə anlaşdığı, “Nyukasl”la matçdan sonra gedəcəyi qeyd edildi.
Daha sonra isə Asiya komandasının ingilislərlə oyunu gözləmək istəmədiyi barədə xəbərlər yayıldı. Bununla da keçidin baş tutmayacağı söylənildi.
Nəriman Axundzadəyə gəldikdə isə bir neçə gündür ki, hücumçunun “Qarabağ”dan gedəcəyinin qətiləşdiyi deyilir. Yada salaq ki, bundan öncə də onun Ağdam təmsilçisinin heyətindən ayrılacağı ilə bağlı məlumatlar yayılmışdı. Belə ki, azarkeşlərin təzyiqinin artdığı ərəfədə Nərimanın getməsi ilə bağlı baş məşqçisi Qurban Qurbanovla da danışdığı bildirilmişdi.
Azərbaycan kuboku uğrunda “Şamaxı” ilə mübarizədə Axundzadənin “23-lüy”ə salınmaması isə bu barədə müzakirələri artırmışdı. Lakin onun stadiondan oyunu izlədiyi bildirildi. O cümlədən Çempionlar Liqasında “Nyukasl”la qarşılaşacaq “Qarabağ”ın heyətində yer aldı. Buna baxmayaraq artıq bir neçə idman saytı onun hansı Amerika klubu ilə anlaşdığını yazıb.
Sözügedən transferlərin baş tutub-tutmayacağını zaman göstərəcək.
Miri
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 09 Fevral 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















