Bəhram Bağırzadə: İndiyədək özümə nifrət edirəm ki, niyə Neftçi də çalışmışam VİDEO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadə Bakı klubunda çalışmağına peşman olub.
İdman.biz xəbər verir ki, bunu tanınmış aktyor və şoumenin özü etiraf edib.
ATV kanalının "Efirdən kənar" verilişində səhv etdiyini boynuna alıb: “Bir dəfə böyük səhv etdim ki, "Neftçi" klubunda işlədim. Özümə ən çox nifrət etdiyim günlər idi. Klubda güclü kollektiv var idi. Məsələn, Çingiz Abdullayev... Mənə deyirdilər ki, futboldan anlayışın yoxdur, ora nəyə görə getmisən? Deyirəm ki, orada masajçılar da var, həkimlər də, onların da futboldan başları çıxmır. Hər kəs öz funksiyalarını yerinə yetirir. Mənim də işim piar idi. Elə ab-hava yaratmalıydım ki, İlyas azarkeş olmasa belə “bu gün "Neftçi" "Qarabağ"la oynayır, gedək baxaq” desin. İşim azarkeşləri, tamaşaçıları stadiona dəvət etmək idi. Bu, ən böyük axmaqlığım idi. Müəyyən səbəblərə görə indiyədək özümə nifrət edirəm ki, niyə "Neftçi"də çalışmışam".
Qeyd edək ki, o, 2015-2016-cı illərdə Müşahidə Şurasının üzvü olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Fevral 2025 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















