Icma.az
close
up
RU
Bəhram Məmmədlinin xatirəsi anılıb

Bəhram Məmmədlinin xatirəsi anılıb

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyində bu mədəniyyət ocağının yaradıcısı və ilk direktoru, tanınmış tarixçi-alim, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Bəhram İdris oğlu Məmmədlinin anadan olmasının 80 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Bəhram Məmmədli 2019-cu ildə vəfat edib. O, 1981-ci ildə Füzuli Tarix-Diyarşünaslıq Muzeyini yaradıb və uzun illər bu muzeyə rəhbərlik edib.

Modern.az-ın məlumatına görə, tədbirdə elm və mədəniyyət xadimləri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, muzey əməkdaşları, mərhumun ailə üzvləri, həmkarları və tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində çıxış edən Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nailə Əsədli bildirib ki, muzeyçilik sənətini ona məhz Bəhram Məmmədli sevdirib. O qeyd edib ki, muzeydə ilk əmək fəaliyyətinə də birbaşa Bəhram Məmmədlinin təşəbbüsü ilə başlayıb. Nailə Əsədli vurğulayıb ki, bu gün rəhbərlik etdiyi muzey Bəhram Məmmədlinin zəngin elmi və mənəvi irsinin davamıdır.

Daha sonra çıxış edənlər Bəhram Məmmədlinin Füzuli rayonunun tarixi-mədəni irsinin qorunması istiqamətində gördüyü misilsiz işlərdən, tarixçi alim və pedaqoq kimi elmə və maarifçiliyə verdiyi töhfələrdən danışıblar.

Xüsusilə qeyd olunub ki, 1993-cü ildə Füzuli rayonunun işğalından bir neçə gün əvvəl Bəhram Məmmədli ağır və təhlükəli şəraitdə muzeyin eksponatlarını şəhərdən çıxararaq İstiqlal Muzeyinə təhvil verib və bununla da yüzlərlə nadir tarixi eksponatı məhv olmaqdan xilas edib.

Əməkdar artist Nizami Abdullayev çıxışında Bəhram Məmmədlinin həm peşəkar muzeyçi, həm də yüksək insani keyfiyyətlərə malik ziyalı olduğunu vurğulayıb, eksponatların 1993-cü ildə çıxarılması zamanı yaşanan çətin məqamları xatırladıb.


Tədbirin gedişində Bəhram Məmmədlinin müxtəlif tədbirlərdəki çıxışları, eləcə də dövlət televiziyasına verdiyi müsahibələrdən ibarət videomateriallar nümayiş etdirilib.

Çıxışlarda vurğulanıb ki, Bəhram Məmmədli təkcə alim və muzey yaradıcısı deyil, həm də şəhid atasıdır.

Füzuli rayon Mədəniyyət Evinin bədii rəhbəri Elçin Əsədov çıxışında qeyd edib ki, Bəhram Məmmədlinin ən böyük mənəvi irsi onun yetişdirdiyi tələbələr və muzeyə toplayaraq qoruduğu eksponatlardır. O bildirib ki, Bəhram Məmmədli muzeyin eksponatlarını şəhərdən çıxardığı halda, öz ev əşyalarını belə çıxarmayıb, bütün diqqətini milli-mədəni irsin qorunmasına yönəldib.

Digər çıxışçılar da mərhumun muzeyçilik sahəsindəki fədakar fəaliyyətindən, tarixçi alim kimi Azərbaycan elminə verdiyi töhfələrdən danışıblar.

Tədbirin sonunda söz Bəhram Məmmədlinin övladı Elmin İdrisliyə verilib. Elmin İdrisli çıxış edərək tədbirin təşkilinə və iştirakına görə minnətdarlığını bildirib, atasının elmi, mədəni və muzeyçilik fəaliyyəti barədə danışıb. O, 33 ildən sonra Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin açarını rəsmi olaraq muzeyə təqdim edib. Bu addım tədbir iştirakçıları tərəfindən böyük hörmət və duyğu ilə qarşılanıb.

Yubiley tədbiri musiqi proqramı ilə davam edib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri