Bəhram Rəcəbzadə: “Bu, daha da güclü qayıtmaq vədidir”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə (95 kq) “Glory100” turnirinin finalında məğlubiyyətdən sonra qayıdacağına söz verib.
İdman.biz xəbər verir ki, həlledici döyüşdə Qvineya təmsilçisi Mori Kroma uduzan döyüşçümüz qarşılaşmadan sonra sosial şəbəkədə paylaşım edib.
Rəqibini təbrik edən Bəhram uğursuzluğa baxmayaraq, rinqdə yeni çağırışlara hazır olduğunu vurğulayıb: "Bəzən qalib gəlirsən, bəzən uduzursan. Dünən səni qələbə ilə sevindirə bilmədim və qürur duymağa əsas verə bilmədim. Bu bəhanə deyil - bu, daha da güclü qayıtmaq vədidir. Rəqibimi qələbə münasibətilə təbrik edirəm. Mənə inanmaqda davam edən hər kəsə təşəkkürümü bildirirəm. Növbəti dəfə görüşənədək".
Qeyd edək ki, 33 yaşlı idmançımız ilk görüşdə albaniyalı Asdren Qaşiyə qalib gəlib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 İyun 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















